Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 144, ¹ 9, maddə 677; 2005, ¹ 6, maddə 480, ¹ 10, maddə 910; 2006, ¹ 12, maddə 1055; 2007, ¹ 11, maddələr 1106, 1117; 2008, ¹ 3, maddə 177; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 294; 2011, ¹ 2, maddələr 81, 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.38-ci bənddən “idarələrarası xarakter daşıyan” sözləri çıxarılsın.

2. 9.40-cı bənddən “idarələrarası” sözü çıxarılsın.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.-10 iyun.- S.4.