Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 22 fevral tarixli 68-IVQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, III kitab, maddə 612; 2001-ci il, ¹7, maddə 462, ¹10, maddə 640, ¹12, maddə 755; 2002-ci il, ¹1, maddə 49, ¹5, maddələr 260, 275, ¹8, maddələr 478, 484, 486; 2003-cü il, ¹6, maddə 299, ¹8, maddə 434, ¹9, maddə 478, ¹10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, ¹1, maddələr 19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə 235, ¹5, maddələr 340, 341, 343, 345, 346, ¹8, maddələr 607, 608, ¹11, maddə 909, ¹12, maddə 1005; 2005-ci il, ¹2, maddələr 67, 69, ¹4, maddələr 299, 303, ¹8, maddə 702, ¹9, maddələr 801, 802, ¹12, maddə 1101; 2006-cı il, ¹2, maddə 83, ¹4, maddələr 321, 322, ¹5, maddə 407, ¹7, maddə 590, ¹8, maddələr 662, 663, 674, 675, 679, ¹9, maddə 743, ¹11, maddələr 942, 945; 2007-ci il, ¹1, maddə 11, ¹2, maddə 87, ¹3, maddə 230, ¹7, maddə 715, ¹8, maddələr 767, 769, ¹11, maddələr 1110, 1116, 1120, ¹12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹3, maddə 186, ¹6, maddələr 504, 507, ¹7, maddə 617, ¹8, maddə 713, ¹9, maddə 798, ¹10, maddə 894, ¹11, maddələr 969, 971, 980, ¹12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹2, maddə 330, ¹3, maddə 163, ¹4, maddə 226, ¹7, maddələr 532, 535, 539, 540, 542, ¹9, maddə 688, ¹10, maddələr 776, 785, ¹12, maddələr 979, 993; 2010-cu il, ¹2, maddə 80, ¹3, maddələr 180, 189, ¹5, maddə 393, ¹7, maddələr 606, 607, 610, ¹10, maddələr 847, 854, ¹11, maddə 972; 2011-ci il, ¹3, maddələr 174, 175) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.18-ci bənddə “və 150.2-150.5-ci” sözləri “150.2-150.5, 150-2, 150-3, 150-4, 150-5.2-ci” sözləri ilə əvəz edilsin.

2. 3.47-ci bəndə “163.0.13-cü” sözlərindən sonra “, 163.0.14-cü” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.-10 iyun.- S. 4.