Milli Məclisin Sədr müavini Bahar Muradova Füzuli rayonunda olmuşdur

 

Milli Məclisin Sədr müavini Bahar Muradova iyunun 8-də 9-da Füzuli rayonunda səfərdə olmuşdur.

Vitse-spiker rayon rəhbərliyi ilə birlikdə bu günlərdə bölgədə baş vermiş təbii fəlakətin nəticələri ilə tanış olmuşdur. İntensiv yağan dolu leysan nəticəsində rayonda yüzlərlə evin dam örtüyünə ciddi ziyan dəymiş, böyük bir ərazidə əkin sahələri, bağlar yaşıllıqlar yararsız hala düşmüş, sel suları kommunikasiya xətlərini sıradan çıxarmış, elektrik enerjisinin verilməsində fasilələr yaranmışdır.

Bahar Muradova təbii fəlakətdən daha çox ziyan çəkmiş Horadiz şəhərində, Əhmədalılar, Qazaxlar, Mollaməhərrəmli kəndlərində digər yaşayış məntəqələrində seçicilərlə görüşlər keçirmiş, əhalinin problemləri ilə maraqlanmışdır. Rayon sakinləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi barədə təkliflə Bahar Muradovaya müraciət etmişlər.

Parlament Sədrinin müavini səfər zamanı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq, son zamanlar rayonda geniş vüsət almış abadlıq quruculuq işlərinin gedişi yeni layihələrlə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 10 iyun.- S. 5.