Konstitusiya Məhkəməsi
Palatasının növbəti
iclası keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin, "İnzibati İcraat haqqında" Qanunun 82.1-ci və 82.2-ci maddələrinin şərh edilməsinə dair müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 30-na təyin edilmiş iclasında baxılacaqdır.
Azərbaycan.- 2011.- 10 iyun.- S. 5.