Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün təkbətək
görüşü
İyunun 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərlərinin əlaqələrimizin inkişafının genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu. Bildirildi ki, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensial vardır.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk qarşılıqlı olaraq dövlət hədiyyələrini təqdim etdilər.
AzərTAc
Azərbaycan.- 2011.-11 iyun.- S. 1.