Geniş tərkibdə
danışıqlar
İyunun 9-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Sloveniya arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundular.
Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə "Şərq tərəfdaşlığı" Proqramının önəmindən danışıldı.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.-11 iyun.- S. 1.