Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşü

 

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikası Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşmüşdür.

Prezident İlham Əliyev Sloveniya Respublikasının Milli Assambleyasının Xatirə kitabını imzaladı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirildi.

Parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin genişlənməsi baxımından önəmli olduğunun qeyd edildiyi görüşdə Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi bildirildi.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 iyun.- S.2.