Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə

 

Ülyahəzrət!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Bu gün Azərbaycan ilə Birləşmiş Krallığı sıx dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, bir sıra mühüm sahələri əhatə edən iş birliyimizin müvəffəqiyyətlə davam etdirilməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 may 2011-ci il

 

Azərbaycan.- 2011.-11 iyun.- S.3.