Elm adamlarına daha bir
qayğı
Dövlət
başçısına minnətdarlıq
Möhtərəm Prezident!
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı Bakı Dövlət Universitetinin böyük kollektivi yaş həddinin ali təhsil müəssisələrinə şamil edilməməsi ilə bağlı qəbul etdiyiniz müdrik qərarı böyük sevinclə qarşılamışdır.
Elm və təhsilə göstərdiyiniz tükənməz qayğının daha bir təzahürü olan bu qərarınız Azərbaycan elminin və təhsilinin inkişafına Sizin növbəti töhfənizdir. Biz bu müdrik qərarı Sizin Elm Fondunun yaranması ilə bağlı qəbul etdiyiniz və Azərbaycan elminin sistemli inkişafına yeni təkan vermiş sərəncamınızla eyni səviyyədə yüksək hesab edirik. Çünki həmin qərarla Siz Azərbaycan elminin təşəkkülü və yeni impulslarla inkişafı üçün Elm Fondunun yaranmasını vacib amil hesab etdiyiniz kimi, bu qərarla da Azərbaycan elm və təhsil fondunun qorunub saxlanmasına zəmanət yaratmısınız. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində mövcud tarixi şəraitlə bağlı Azərbaycanda elm estafetinin qırılması təhlükəsinin yaranması, Azərbaycan alimlərinin kütləvi şəkildə ölkədən getməsi, yeni nəslin elmlə məşğul olmaq maraqlarının və bu sahəni inkişaf etdirmək üçün stimulun azalması və digər səbəblər bu gün alimlərimizin yaş həddinin bir qədər yuxarı olması ilə nəticələnmişdir.
Siz çox müdrikcəsinə qeyd etmişdiniz ki, alimlərimiz Azərbaycanın inkişafına müxtəlif dövrlərdə dəyərli töhfələrini vermişlər. Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta 1992-ci ildə Elmlər Akademiyasının ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, Elmlər Akademiyasının taleyi çox acınacaqlı ola bilərdi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda, əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir.
Sizin qayğınız yalnız Azərbaycan təhsilinə deyil, bütövlükdə elmimizə, xüsusən, Azərbaycan ziyalılığına ünvanlanmışdır. Gənclərin böyük dostu, onların himayədarı hesab edilsənizdə, bu addımınız bir daha göstərdi ki, Siz bütün Azərbaycan xalqının, hər bir vətəndaşın Prezidentisiniz.
Bu müdrikliyinizə, xeyirxahlığınıza, uzaqgörənliyinizə, ziyalılığa verdiyiniz dəyərə görə bir daha Sizə təşəkkürümüzü bildirir, Azərbaycan ziyalılarının səmimi minnətdarlığını çatdırırıq.
Sizi əmin edirik ki, ulu öndər Heydər Əliyevin hərtərəfli qayğısı və bilavasitə himayəsi ilə böyük inkişaf yolu keçmiş və Sizin qayğınızla dünyanın qabaqcıl təhsil ocaqları sırasında irəliləyən Bakı Dövlət Universiteti bundan sonra da var gücü ilə fəaliyyət göstərəcək, elmin və təhsilin səviyyəsinin yüksəldilməsi üçün əlindən gələni edəcək, dövlətin və dövlətçiliyin etibarlı sosial dayağı olacaqdır.
Möhtərəm Prezident!
Sizin rəhbərliyinizlə elmi cəhətdən əsaslandırılmış və böyük uğurla həyata keçirilən müasir idarəetmənin Azərbaycan modelinin respublikamıza gətirdiyi iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində gördüyünüz əməli tədbirlər silsiləsində bu qərar xüsusi əhəmiyyət kəsb edir. Gördüyünüz nəcib işlərin nəticəsində Sizə xalqın böyük məhəbbət və rəğbətini hər gün hiss edən Bakı Dövlət Universitetinin kollektivi müstəqil Azərbaycanın xoşbəxt gələcəyi naminə ulu öndər Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsində gördüyünüz titanik işlərdə Sizə yeni uğurlar arzulayır.
BDU-nun kollektivi adından:
Böyük hörmətlə,
Akademik Məhərrəmov Abel Məmmədəli oğlu
Akademik Əsgərov Bəhram Mehralı oğlu
Akademik Məmmədəliyev Vasim Məmmədəli oğlu
Akademik Allahverdiyev Cəlal Eyvaz oğlu
Akademik Əliyev Fikrət Əhmədalı oğlu
AMEA-nın müxbir üzvü Mehdiyev Məhəmməd Fərman oğlu
AMEA-nın müxbir üzvü Əliyeva Rəfiqə Əlirza qızı
AMEA-nın müxbir üzvü Babazadə Vasif Məmmədağa oğlu
AMEA-nın müxbir üzvü Hacıyev Tofiq İsmayıl oğlu
AMEA-nın müxbir üzvü Nəbiyev Azad Mövlud oğlu
AMEA-nın müxbir üzvü Hacıyev Sabir Abdulmanaf oğlu
AMEA-nın müxbir üzvü Məlikova Məsumə Fazil qızı
AMEA-nın müxbir üzvü Hüseynov Rəhim Əyyub oğlu
AMEA-nın müxbir üzvü Muxtarov Abdulla İbrahim oğlu
AMEA-nın müxbir üzvü Cəfərov Nizami Qulu oğlu
AMEA-nın müxbir üzvü Mahmudov Yaqub Mikayıl oğlu
AMEA-nın müxbir üzvü Hacıyev Asəf Hacı oğlu
AMEA-nın müxbir üzvü Əliyev Bəxtiyar Həmzə oğlu
AMEA-nın müxbir üzvü Tahirov Vladimir İsmayıl oğlu
Professor Bayramov Musa Rza
oğlu
Professor Quliyev Akif Ələkbər
oğlu
Professor Əliyev Əli Ələkbər
oğlu
Professor Qasımov Nemət
Abbas oğlu
Professor Müseyibov
Müseyib Ağababa oğlu
Professor Göyçayski
Şövqisəfa Yusifziya oğlu
Professor Xələfov Abuzər
Alı oğlu
Professor İmanov Həmid Rza
oğlu
Professor Vəliyev Tofiq
Talış oğlu
Professor Mustafayev Qara Teyfur
oğlu
Professor Mütəllimov Təhsin
Mustafa oğlu
Professor Bayramov Əkbər
Salman oğlu
Professor Seyidov Yusif Mirəhməd oğlu
Professor Xəlilov Pənah
İmran oğlu
Professor Xudaverdiyev Karlen
İsgəndər oğlu
Professor Namazov Qara Mustafa
oğlu
Professor Nəcəfov İsmət
Məhəmməd oğlu
Professor Təhmasib Cəmilə
Abbasqulu qızı
Professor Əliyeva İfrat Səlim
qızı
Professor İbrahimov Ağavəli
Şavəli oğlu
Professor Əkbərov Oqtay
Hümmət oğlu
Professor Abdullayev Sadiq Kərim
oğlu
Professor İsmayılzadə
Qüdrət Seyfullah oğlu
Professor Quliyeva Lalə
Hüseyn qızı
Professor Quluzadə Cəfər
Müseyib oğlu
Professor Məhərrəmov
Məhərrəm Nəcəf oğlu
Professor Nağıyev Cəlil
Qərib oğlu
Professor Nəsirova Tamila Hilal
qızı
Professor Rəcəbli Əbülfəz
Əjdər oğlu
Professor Rəhimov Mirzə
Şıxəli oğlu
Professor Salmanov Vaqif
Müseyib oğlu
Professor Süleymanov Nadir Məhəmməd
oğlu
Professor Sarıcalinskaya Kəmalə
Qiyas qızı
Professor Səməndərov
Firudin Yusif oğlu
Cəmi: 157 imza
Azərbaycan.- 2011.-11 iyun.- S. 3.