Sverdlovsk vilayəti Həmkarlar İttifaqları Federasiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

 

Bakıda səfərdə olan Rusiyanın Sverdlovsk vilayəti Həmkarlar İttifaqları Federasiyasının sədri Andrey Vetlujskixin başçılıq etdiyi nümayəndə heyəti iyunun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq səmərəli əməkdaşlığın inkişafı müzakirə edilmişdir. Vurğulanmışdır ki, qarşılıqlı səfərlər, keçirilmiş görüşlər, aparılmış faydalı danışıqlar təcrübə mübadiləsi hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsinə böyük təkan vermişdir.

A.Vetlujskix bildirmişdir ki, Sverdlovskdakı Azərbaycan diasporunun 50 min üzvü vardır. Onların 25-30 min nəfəri Yekaterinburqda yaşayır. Bu insanların əmək sosial-iqtisadi hüquqlarının qorunması üçün Sverdlovsk vilayəti Həmkarlar İttifaqları Federasiyası AHİK-lə əməkdaşlığı genişləndirmək niyyətindədir.

AHİK-in sədr müavini Aqil Dadaşov isə qonaqlara konfederasiyanın yaranma tarixi, onun fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Qeyd edilmişdir ki, 2011-ci ilin martında AHİK ilə Sverdlovsk vilayətinin Həmkarlar İttifaqı Federasiyası həmyerlilərimizin sosial-iqtisadi hüquq maraqlarının qorunmasında yaxından iştirakı, habelə vilayətə işləməyə gələn Azərbaycan vətəndaşlarının əməyinin qanuniləşdirilməsi digər məsələlərlə bağlı ikitərəfli müqavilə imzalanmışdır. Müqaviləni AHİK sədri Səttar Mehbalıyev Sverdlovsk vilayətinin Həmkarlar İttifaqı Federasiyasının sədri Andrey Vetlujskix imzalamışlar. Rusiyalı qonaqların ölkəmizə səfərinin məqsədi birgə əməkdaşlıq əlaqələrin daha da genişləndirilməsidir.

 

 

Azərbaycan.- 2011.-11 iyun.- S. 5.