Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyanın Baş naziri Borut Pahor
ilə görüşü
İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Borut Pahor ilə görüşmüşdür.
Dövlətimizin başçısını Baş nazir Borut Pahor qarşıladı.
Görüşdə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı çərçivəsində önəmi vurğulandı.
Prezident İlham Əliyevin Sloveniyaya səfərinin ölkələrimiz arasında iqtisadiyyatın konkret sahələrinin perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığının qeyd edildiyi görüşdə Azərbaycan-Sloveniya biznes forumunun əhəmiyyəti vurğulandı.
AzərTAc
Azərbaycan.- 2011.-12 iyun.- S. 1.