Azərbaycan-Sloveniya biznes forumu
keçirilmişdir
İyunun 10-da Lyublyanada Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk biznes forumda iştirak etmişlər.
Forum iştirakçıları Azərbaycanın və Sloveniyanın dövlət başçılarını hərarətlə qarşıladılar.
Biznes forumda hər iki ölkədən 200-ə yaxın iş adamı iştirak etmişdir.
Forumun keçirilməsində məqsəd Azərbaycan və Sloveniya iş adamları arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin iqtisadi potensialından yararlanaraq, ticarət dövriyyəsinin səviyyəsini artırmaqdır. Dövlət başçıları forumda çıxış etdilər.
Sloveniya Prezidenti Danilo
Türkün çıxışı
- Hörmətli Prezident İlham Əliyev, əziz dostum!
Hörmətli qonaqlar, hörmətli dostlar!
Bu gün Azərbaycan-Sloveniya biznes forumunda çıxış etməkdən olduqca məmnunam. Əslində, prezidentliyim dövründə ikinci dəfədir ki, belə mötəbər iclasda çıxış etmək fürsəti mənə nəsib olur.
İki il əvvəl mən bir qrup sloveniyalı iş adamı ilə Bakıya səfər etdim. Bakıda işgüzar dairələrlə çox canlı görüşümüz oldu. Həmin vaxt biz lap başlanğıcdan olduqca perspektivli, yeni, mühüm təşəbbüsləri müzakirə etdik. Onlardan bəziləri artıq öz bəhrəsini vermişdir. Həmin addım, əslində, başlanğıc nöqtəsi oldu. Qeyd etmək istəyirəm ki, informasiya texnologiyaları və sığorta sahələrində əldə edilən irəliləyiş, bu yaxınlarda başlanmış su elektrik stansiyalarının tikintisi layihəsi bizi həvəsləndirdi. "Korona" şirkəti Azərbaycandakı tərəfdaşları ilə artıq texniki əsaslandırma işlərinə başlamışdır.
Bu, bir daha onu göstərir ki, biz tərəqqini əldə etmişik. Həmin tərəqqi o faktla üst-üstə düşür ki, ticarət əlaqələrimizdə də böyük irəliləyişə nail olmuşuq. Ticarətimiz artır. Ötən il bu sahədəki artım 10 faiz olmuşdur. Bu, yaxşı haldır, çünki 2010-cu il hələ də böhran ili idi.
Ümid edirik, ötən il qlobal böhranın son ili oldu. Həmin vaxtdan etibarən gözəçarpan
artım müşahidə etməyə başladıq. Burada dinlədiklərimiz göstərir ki, hər
iki ölkənin şirkətləri arasında əməkdaşlıq
ideyaları forumda səsləndirilir. Bunun
üçün möhkəm bünövrə vardır.
Planlarımız və ümidlərimiz
böyükdür.
Lakin mən, həmçinin
bir-biri ilə əməkdaşlıq edən iki dost ölkənin
- Azərbaycanın və Sloveniyanın həm biznes, həm
siyasi dairələri arasında qurulmuş işbirliyi
haqqında daha geniş mənada bir neçə kəlmə
söyləmək istərdim.
Biz strateji
düşünməliyik və uzunmüddətli perspektivlər
haqqında danışmalıyıq. Biz bu faktı da nəzərə
almalıyıq - Sloveniya Avropa İttifaqının
üzvü və Azərbaycan Avropa İttifaqının tərəfdaşı
kimi bir çox səylər göstərməlidilər ki,
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin
gələcəyi daha dəqiq formada müəyyən edilsin.
Hələ ki, bu sahədə konkret təkliflər
yoxdur.
Biz, Avropa İttifaqında bu
haqda az bilirik və bu, Avropa
İttifaqının bütün üzvlərinə aiddir. Biz
Azərbaycan haqqında bir çox məlumatları öyrənməliyik,
ölkənizdəki imkanlarla
Sloveniya Avropa
İttifaqının üzvləri arasında elə bir
ölkə olacaq ki, Siz ona etibarlı dost və maraqları təmin
edən tərəf kimi arxalana bilərsiniz. Zənnimcə,
Avropa İttifaqının hər bir tərəfdaş ölkəsi
lazımi şəkildə qavranılmalıdır və
onunla əməkdaşlıq düşünülmüş
formada olmalıdır. Əvvəlcədən
müəyyən edilmiş modelləri tələsik həyata
keçirmək olmaz. Biz yeni modellər
üzərində işləməliyik. Ümid
edirəm ki, bu biznes forum irəliyə doğru
addımların atılmasında uğurlu olacaq və səmimiyyətlə
Sizdən nəticələr gözləyirəm. Mən isə, öz növbəmdə, Sizə
artıq söz verə bilərəm ki, biz Sloveniyada gəldiyiniz
nəticələri çox diqqətlə öyrənəyəcəyik.
Uzunmüddətli və möhkəm çərçivənin
reallığa çevrilməsi üçün əlimizdən
gələni etməyə çalışmalıyıq.
Diqqətinizə görə
çox sağ olun. Sizə
işinizdə böyük uğurlar arzulayıram.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Hörmətli cənab
Prezident!
Xanımlar və cənablar,
əziz dostlar!
Əvvəlcə,
cənab Prezident, mən gözəl ölkənizə səfər
etmək üçün dəvətinizə və göstərdiyiniz
qonaqpərvərliyə görə bir daha təşəkkürümü
bildirirəm.
Əslində, mən ikinci dəfədir ki, Sizin
gözəl ölkənizə səfər edirəm və bir
çox dəyişiklikləri görürəm. Bu
münasibətlə Sizin hökumətinizi
və Lyublyana Şəhər Şurasını
aparılmış bir çox abadlıq və şəhər
infrastrukturu işlərinə görə təbrik etmək
istərdim.
Ölkələrimiz
arasında münasibətlər çox uğurla inkişaf
edir. Biz əsl
dost və tərəfdaşıq. Bu tərəfdaşlığın
artıq yaxşı tarixi və çox perspektivli gələcəyi
vardır. Çox şadam ki, biznes dairələrinin
iqtisadi əlaqələrin gücləndirilməsinə
istiqamətlənmiş birgə səyləri ölkələrimizin
Sloveniya ilə Azərbaycan arasında tərəfdaşlığın
gülcəndirilməsinə yönəlmiş siyasi kursuna
uyğundur. Siyasi münasibətlərimiz
çox yaxşıdır. Biz ölkələrimiz
arasında yüksək səviyyədə və nazirliklər
səviyyəsində mütəmadi qaydada məsləhətləşmələr
prosesini davam etdiririk. Bizim, həmçinin
biznes təmaslarının da inkişaf etdirilməsi
üçün yaxşı potensialımız vardır.
Hesab edirəm ki, bu gün keçirilən
biznes forum sayəsində nəinki ideyalar, həmçinin
praktiki nəticələr əldə olunacaqdır.
Azərbaycanın
bu gün nümayiş etdirilən biznes imkanları ölkənin
iqtisadi inkişaf sahəsində prioritetlərini, qarşımızda
duran çətinlikləri, eləcə də biznes
imkanlarını aydın şəkildə göstərəcəkdir. Biz xarici sərmayədarlara
açıq ölkəyik və uzun illər ərzində bu
istiqamətdə apardığımız siyasət çox
müsbət olub. Son 15 il ərzində
iqtisadiyyatımıza təxminən 100 milyard ABŞ
dolları məbləğində sərmayə
yatırılmışdır və onların əksər
hissəsi qeyri-enerji sektoruna yönəldilmişdir. Mən bunu ona görə deyirəm ki, Azərbaycan
neft ölkəsidir, neft-qaz hasilatçısı və
ixracatçısıdır. Ölkəmiz
bu baxımdan cəlbedicidir. Lakin məqsədimiz
iqtisadiyyatı şaxələndirməkdir, Azərbaycanda
güclü qeyri-enerji sektorunun və davamlı
iqtisadiyyatın yaradılmasıdır.
Hesab edirəm ki, son bir
neçə il ərzində iqtisadi
inkişaf, liberallaşdırma və biznesin aparılması
sahəsində ölkəmizin göstəriciləri məqsədlərimizi
aydın şəkildə göstərir. Hətta
iqtisadi böhran ilə yadda qalan ən çətin
2008-2009-cu illərdə iqtisadiyyatımız yenə də 14
faiz artmışdır. Həmin il
neftin qiymətləri 4-5 dəfə aşağı
düşmüşdür. Ümumiyyətlə, son 7 il ərzində
ÜDM 3 dəfə artıb, yoxsulluq səviyyəsi 5 dəfə
- 49 faizdən 9,1 faizə qədər
azaldılmışdır. İşsizliyin səviyyəsi
6 faiz olmuşdur. İnfrastruktura qoyulan sərmayələr
və özəl sektora verilən dəstək hazırkı
durumu yaratmışdır ki, iqtisadiyyatımız artıq
enerji amilindən o qədər də asılı deyildir.
Bizim üçün gələcək iqtisadi
inkişaf qeyri-enerji sektorunun inkişafı deməkdir,
çünki enerji sektorunda bütün əsas hədəflərimizə
nail olmuşuq.
Bizim 7 ixrac neft
və qaz boru kəmərindən ibarət şaxələndirilmiş
şəbəkəmiz vardır. Enerji
resurslarımızı müxtəlif istiqamətlərdə
ixrac edirik. Avropa İttifaqı ilə
gündəliyimizdə olan mühüm məsələlərdən
biri enerji təhlükəsizliyidir. Azərbaycan
Avropa bazarlarında enerji təhlükəsizliyinin təmin
edilməsində öz rolunu oynayır. Bu
ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan
arasında "Cənub" qaz dəhlizi haqqında
mühüm bəyannamə imzalanmışdır.
Hazırda fəal və səmərəli iş aparan
müvafiq işçi qrupu
formalaşdırılmışdır. Ümidvaram
ki, gələn illər ərzində Avropa İttifaqı ilə
Azərbaycan arasında enerji əməkdaşlığı
sahəsində bir çox digər mühüm addımlar
atılacaqdır. Bu,
inkişafımızın mühüm bir hissəsidir. Əlbəttə, bu, bizim üçün imkanlar
açır ki, maliyyə resurslarımızı
formalaşdıraq, onları yenidən iqtisadiyyata, təhsilə,
sosial infrastruktura və bizim üçün prioritet sahələrə
sərmayə kimi yönəldək. Buna
görə daxili prioritetlərimizin gündəliyində
enerji sektoru böyük rol oynamır. O, əsasən
xarici iqtisadi və siyasi münasibətlərdə
mühüm əhəmiyyət kəsb edir. Ölkə
daxilində əsas diqqət yetirdiyimiz sahə iqtisadiyyatın
davamlı inkişafıdır.
Kənd təsərrüfatı
və aqrar məhsulların emalı sahəsində
yaxşı potensialımız vardır. Turizm sahəsini
də qeyd etməliyik. Hazırda biz beynəlxalq
turizm istirahət zonaları yaradırıq. Biz bu sahədə yaxşı təcrübəsi
olan Sloveniya şirkətlərini ölkəmizdə həmin
mühüm layihələrdə iştirak etmək
üçün dəvət edirik. Yalnız bu il Bakıda və rayonlarda yeni müasir
infrastruktura malik beşulduzlu 6 mehmanxana açılacaqdır.
İnformasiya texnologiyaları sahəsi bizim
üçün prioritetlərdən biridir. Kosmos sənayesini də inkişaf etdirməyə
başlamışıq. Çox şadam
ki, bizim Sloveniya şirkətləri ilə
apardığımız əməkdaşlığın bir
sahəsi də məhz informasiya texnologiyaları sektorudur.
Əslində, bu sahədəki əməkdaşlıq
Bakıda Prezident Türkün iştirakı ilə
keçirilmiş birinci biznes forumda qeyd edilmişdir və biz
həmin birgə təşəbbüsə dəstək
verdik.
Azərbaycanda
informasiya texnologiyalarının inkişafı çox sürətlə
gedir. Biz bu sektora böyük diqqət yetiririk. Hazırda ölkə əhalisinin 50 faizi internetdən
istifadə edir. Gələn illər ərzində
bu sektor bizim üçün daxili iqtisadi prioritetlərimizdə
çox mühüm rol oynayacaqdır. İqtisadiyyatın
şaxələndirilməsi sərmayələrin cəlb
edilməsi deməkdir. Xarici sərmayələrin
cəlb edilməsində artıq yaxşı təcrübəmiz
vardır. Eyni zamanda, bizim çox təfərrüatlı
dövlət sərmayə proqramımız vardır və həmin
proqram əsasən infrastruktur layihələrini əhatə
edir. Hər il biz infrastrukturun
inkişaf etdirilməsinə kifayət qədər maliyyə
resursları ayırırıq. Mən Sloveniya
şirkətlərini bu layihələrdə iştirak etməyə
dəvət edirəm. Bugünkü biznes
forumun bir hissəsi Azərbaycandakı konkret biznes sərmayə
layihələrinin təqdim edilməsinə həsr olunubdur və
yekun hesabat hazırlanıb. Fikrimcə,
orada bütün zəruri məlumatlar verilib.
Eyni zamanda,
hesab edirəm ki, hökumətimiz tərəfindən maliyyələşdiriləcək
layihələri də bilmək maraqlı olardı. Həmin layihələrdə
Sloveniya şirkətləri podratçı kimi iştirak edə
bilər. Onlar böyük sahələri əhatə
edir: yolların, elektrik stansiyalarının tikilməsi,
içməli suyun təmin edilməsi, kanalizasiya xətlərinin
çəkilməsi, xəstəxanaların və məktəblərin
inşası. Həmin layihələr həyatımızın
bütün sahələrini əhatə edir. Məqsədimiz ən vacib infrastruktur və sosial
infrastruktur layihələrini ikinci inkişaf
proqramımızın başa çatdığı vaxtda, yəni
2013-cü ildə həyata keçirməkdən ibarətdir.
Gələcəkdə isə ölkənin
inkişafı və Azərbaycanda iqtisadiyyatın davamlı
artımı növbəti iqtisadi islahatlarımızda əldə
edəcəyimiz uğurlardan asılı olacaqdır. Bu gün iqtisadiyyatda liberallaşdırma səviyyəsi
çox yüksəkdir.
Hər iki ölkə bu il müstəqilliyin iyirminci
ildönümünü qeyd edəcəkdir. Bildirmək
istəyirəm ki, Azərbaycan müstəqilliyini bərpa
etdiyi vaxt bazar iqtisadiyyatının ÜDM-dəki payı
sıfır faiz idi. İndi isə Azərbaycanda
ÜDM-in 80 faizdən çoxu özəl sektorda təmin
edilir. Belə halda, həmçinin nəzərə
almalıyıq ki, ÜDM-i təşkil edən əsas mənbələr
və enerji infrastrukturu dövlət nəzarəti
altındadır. Bu o deməkdir ki, özəlləşdirmə,
liberallaşdırma prosesi, yerli və xarici biznes dairələri
üçün yaxşı şəraitin yaradılması
işi düzgün istiqamətdə gedir.
Sloveniya bizim
üçün bu regionda dost ölkə və mühüm tərəfdaşdır.
Eyni zamanda, Avropa İttifaqının
üzvü kimi Sloveniyanın bizim regionda rolu və mövqeyi
hər zaman müsbət olub. Biz Avropa
İttifaqı ilə Azərbaycan arasında münasibətləri
daha da yüksək səviyyədə inkişaf etdirmək
istəyirik. Bizim üzv dövlətlərlə
ikitərəfli qaydada çox gözəl münasibətlərimiz
vardır. Hesab edirəm ki, Azərbaycan ilə
Avropa İttifaqı arasında münasibətlərin belə
bir mühüm inkişaf mərhələsində ən vacib
məsələ qarşımızda qoyduğumuz hədəfləri
və məqsədləri müəyyən etmək, onlara
nail olmaq üçün yol xəritəsini hazırlamaq və
qarşılıqlı maraq və hörmətə əsaslanan
əsl tərəfdaşlıq münasibətlərini
qurmaqdır. Bu baxımdan bu proses uğurla davam edəcəkdir.
Biz bu inkişafı dəstəkləyirik və
əlimizdən gələni edəcəyik ki, bu növ tərəfdaşlığı
quraq.
Regionlarımızın
bir-birinə daha da yaxın olması üçün göstərdiyi
səylərə görə biz Sloveniya tərəfinə və
Prezident Türkə olduqca minnətdarıq. Biz Avropa
İttifaqı ilə qonşuyuq və tərəfdaşıq.
Tərəfdaşlığımız artacaq,
siyasi münasibətlər inkişaf edəcək və əlbəttə
ki, enerji təhlükəsizliyi məsələləri, - mən
nitqimin əvvəlində bunu qeyd etdim, - daha möhkəm rol
oynayacaq, çünki bizim resurslarımız vardır. Avropaya alternativ mənbə lazımdır. Biz artıq müəyyən mənada böyük
daşıma infrastrukturuna malikik və bu imkanlar daha da
artırılmalı və genişləndirilməlidir. Bu sahədə tərəfdaşlıq qurduqdan sonra
o, onilliklər boyu davam edəcəkdir.
Cənab
Prezident və hörmətli dostlar, mən sizin hamınıza
bizə göstərilmiş qonaqpərvərliyə görə
bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən dünən
keçirilmiş danışıqların nəticələrindən
və bu gün imzalanmış sənədlərdən məmnunluğumu
bildirirəm. Səfərim davam edir. Əminəm ki, səfər və onun nəticələri
münasibətlərimizin gələcək inkişafında
mühüm rol oynayacaqdır.
Çox sağ
olun.
* * *
Sonra dövlət
başçıları Azərbaycan və Sloveniya şirkətlərini
təmsil edən iş adamları ilə
görüşdülər.
Sloveniyanın
biznes dairələrinin nümayəndələri Azərbaycan
Prezidenti İlham Əliyev ilə söhbətlərində
ölkəmizdə baş verən iqtisadi inkişaf prosesləri,
biznes və sərmayə mühiti barədə ətraflı
məlumat aldılar.
* * *
Biznes forum çərçivəsində
iş adamları arasında ikitərəfli görüşlər
keçirilmiş, əməkdaşlığın genişləndirilməsi
perspektivləri müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-12 iyun.- S. 1, 2.