Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç!

Sizi və bütün Rusiya xalqını dövlət bayramı - Rusiya Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu gün dost Rusiya cəmiyyət həyatının siyasi, sosial-iqtisadi və mənəvi sahələrinin modernləşdirilməsi yolunda uğurla irəliləyir.

Azərbaycan və Rusiya əsrlər boyu bir-biri ilə sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək telləri ilə bağlıdır. Əminəm ki, bu mehriban münasibətlərə əsaslanaraq bizim çoxşaxəli əməkdaşlığımız və strateji tərəfdaşlığımız bundan sonra da xalqlarımızın və ölkələrimizin firavanlığı, regionda sülh, sabitlik və tərəqqi naminə dinamik inkişaf edəcəkdir.

Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 may 2011-ci il

 

Azərbaycan.- 2011.-12 iyun.- S.3.