Filippin Respublikasının
Prezidenti zati-aliləri
cənab III Beniqno Akinoya
Hörmətli cənab
Prezident!
Milli bayramınız - Müstəqillik
Günü münasibətilə
Sizə və xalqınıza ən səmimi təbriklərimizi
yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı münasibətlər
xalqlarımızın mənafelərinə
uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm
cansağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza
əmin-amanlıq və
rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2011-ci il
Azərbaycan.- 2011.-12 iyun.- S.3.