“Azərbaycan folkloru nümunələrinin
hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndinə əsasən qərara alır:
“Azərbaycan folkloru
nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə 406; 2009-cu il, ¹ 12,
maddə 971) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.0.3-cü maddədə
“kommersiya məqsədi ilə ənənəvi və adi
olmayan istifadə hallarında” sözləri “istifadəyə
dair” sözləri ilə əvəz edilsin.
2. 6.2-ci maddədən
“kommersiya məqsədi ilə” sözləri
çıxarılsın.
3. aşağıdakı
məzmunda 6.3-cü və 6.4-cü maddələr əlavə
edilsin:
“6.3. Digər dövlətlərin
hüquqi və fiziki şəxsləri Azərbaycan
Respublikasının hüdudlarından kənarda folklor
nümunələrindən kommersiya məqsədi ilə
yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi
əsasında və istifadəyə görə haqq ödəməklə
istifadə edə bilərlər. Həmin vəsait müvafiq
icra hakimiyyəti orqanının hesabına
köçürülür və əqli
yaradıcılığın həvəsləndirilməsinə,
habelə folklor nümunələrinin qorunub saxlanmasına və
zənginləşdirilməsinə sərf olunur.
6.4. Digər dövlətlərin
hüquqi və fiziki şəxslərinin Azərbaycan
Respublikasının hüdudlarından kənarda folklor
nümunələrindən kommersiya məqsədi ilə
istifadəsinə icazə verilməsi qaydasını və
istifadəyə görə haqqın məbləğini
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
4. 9.2-ci maddədə
“dövlət büdcəsinə köçürülür
və intellektual” sözləri “müvafiq icra hakimiyyəti
orqanının hesabına köçürülür və əqli”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 may 2011-ci il.
Azərbaycan.- 2011.-12 iyun.- S. 4.