Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 3, maddə 248; 2009-cu il, ¹ 6, maddə 424; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 9, maddə 773) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədrisözləriElman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədrisözləri ilə, “Natiq QasımovAzərbaycan Respublikası vergilər nazirinin müavinisözləriSahib ƏləkbərovAzərbaycan Respublikası vergilər nazirinin müavinisözləri ilə əvəz edilsin;

1.2. Sahib ƏləkbərovAzərbaycan Respublikası vergilər nazirinin müavinisözlərindən sonraToğrul MusayevAzərbaycan Respublikası ədliyyə nazirinin müavinisözləri, “Nazim İbrahimovAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədrisözlərindən sonraKərəm HəsənovAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədriRamiz HəsənovAzərbaycan Respublikası Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin sədrisözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən dəyişikliklər barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 4.