“Azərbaycan Respublikası Hökuməti Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikası Hökuməti Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 9, maddə 914; 2009-cu il, ¹ 7, maddə 589) 1-ci hissəsində “Natiq Qasımov – Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri “Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri ilə, “Teymur Mehdiyev – Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin müavini” sözləri “Ədalət Vəliyev – Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin müavini” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən dəyişikliklər barədə Mərakeş Krallığı tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 4.