"Azərbaycan folkloru nümunələrinin
hüquqi qorunması haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 17
may tarixli 124-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan
folkloru nümunələrinin hüquqi qorunması
haqqında" Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan folkloru nümunələrinin
hüquqi qorunması haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 17
may tarixli 124-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan
folkloru nümunələrinin hüquqi qorunması
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına dair təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. "Azərbaycan folkloru
nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan
Respublikası Qanununun 6.4-cü maddəsində nəzərdə
tutulmuş digər dövlətlərin hüquqi və fiziki
şəxslərinin Azərbaycan Respublikasının
hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən
kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi
qaydasını və istifadəyə görə haqqın məbləğini
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin qanundan irəli
gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi qüvvədə
olan normativ xarakterli aktların "Azərbaycan folkloru
nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı
müvafiq tədbirlər görsün.
3. "Azərbaycan folkloru nümunələrinin
hüquqi qorunması haqqında" Azərbaycan
Respublikası Qanununun icrasının təmin edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar
tarixli 19 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004,
¹ 1, maddə 25) 1-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
"1. Müəyyən
edilsin ki:
1.1. "Azərbaycan folkloru
nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan
Respublikası Qanununun 6.4-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin qanunun 5.2-ci maddəsində,
6.3-cü maddəsinin birinci və ikinci cümlələrində,
9.2-ci maddəsində hər iki halda nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Müəllif Hüquqları Agentliyi həyata
keçirir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il
Azərbaycan.- 2011.- 12 iyun.- S.
4.