Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 391 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması və ya ləğv
edilməsi haqqında təkliflərin mərkəzi icra
hakimiyyəti orqanları və dövlətə məxsus
müəssisələr tərəfindən verilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədi
ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə
1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹
10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə
83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2,
maddə 85, ¹ 4, maddə 281) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin
9.40-cı bəndi aşağıdakı redaksiyada verilsin:
“9.40. Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin bağlanması
haqqında təkliflərə və həmin müqavilələrin
mətnlərinə dair rəy vermək;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il.
Azərbaycan.- 2011.-12 iyun.- S. 4.