Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
29 yanvar tarixli 16 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması və ya ləğv
edilməsi haqqında təkliflərin mərkəzi icra
hakimiyyəti orqanları və dövlətə məxsus
müəssisələr tərəfindən verilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədi
ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 1, maddə 22; 2005, ¹ 10, maddə 910; 2008, ¹ 11, maddə
970; 2009, ¹ 2, maddə 59, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010,
¹ 11, maddə 964; 2011, ¹ 2, maddə 85) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
1. 8.5-ci maddədə
“müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının Prezidentinə” sözləri “Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin
mərkəzi icra hakimiyyəti orqanları və dövlətə
məxsus müəssisələr tərəfindən verilməsi
Qaydaları”na uyğun” sözləri ilə əvəz
edilsin.
2.
Aşağıdakı məzmunda 8.5–1-ci maddə əlavə
edilsin:
“8.5–1. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması və ya ləğv edilməsi haqqında təkliflərə
və həmin müqavilələrin mətnlərinə dair
rəy verir, dövlət dilinə tərcümə
edilmiş mətnin xarici dildə olan mətnə
uyğunluğunu təsdiq edir;”.
3. 9.2-ci maddə
çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il.
Azərbaycan.- 2011.-12 iyun.- S. 4.