"Eurovision-2011" qaliblərinin şərəfinə poçt
markası çap olunur
"Eurovision-2011"
yarışmasının qalibləri
Eldar və Nigarın şərəfinə
"Azərmarka" şirkəti
tərəfindən marka
çap olunur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən
AzərTAc-a bildirmişlər
ki, nəfis şəkildə 15 min tirajla
çap olunan markalarda qaliblərimizin fotosu həkk olunacaqdır. Markalar çap olunduqdan
sonra kütləvi satışa buraxılacaqdır.
Məktubların üzərinə
vurulan bu markalar bütün dünyaya yayılacaqdır.
Azərbaycan.- 2011.- 12 iyun.- S. 6.