Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

Hörmətli cənab Baş nazir, əziz qardaşım!

12 iyun 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə rəhbərlik etdiyiniz Ədalət İnkişaf Partiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu qələbə hakimiyyətdə olduğunuz illər ərzində gördüyünüz işlərin nəticəsi, xalq tərəfindən fəaliyyətinizə verilən yüksək qiymətdir.

Azərbaycanla Türkiyə arasında əlaqələr dərin tarixi köklər üzərində qurulub strateji tərəfdaşlıq münasibətləridir. Bu çoxşaxəli münasibətlər siyasi, iqtisadi, enerji, mədəni, humanitar digər sahələrdə ildən-ilə daha da güclənir inkişaf edir. Beynəlxalq aləmdə ölkələrimizin daim bir-birini dəstəkləməsi mühüm əhəmiyyət daşıyır böyük məmnunluq doğurur.

İnanıram ki, Azərbaycanla Türkiyənin dost, qardaş strateji tərəfdaş münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək dərinləşəcəkdir. Fürsətdən istifadə edərək gələcək əməkdaşlıq imkanlarını birlikdə nəzərdən keçirərək daha da inkişaf etdirmək üçün Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm.

Hörmətli cənab Baş nazir, əziz qardaşım, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı yeni nailiyyətlər, dost qardaş Türkiyə xalqına daim firavanlıq tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 1.