Azərbaycan Respublikası və
Rumıniya arasında 2011-ci il aprelin 18-də Bakı şəhərində
imzalanmış sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
və Rumıniya arasında 2011-ci il aprelin 18-də Bakı
şəhərində imzalanmış
aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və
Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında Protokol;
1.2. Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və
Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə
və tibb elmi sahəsində əməkdaşlıq
haqqında Saziş;
1.3. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və
Rumıniyanın Kənd Təsərrüfatı və Kəndlərin
İnkişafı Nazirliyi arasında əməkdaşlığa
dair Saziş.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmanın
1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi üçün zəruri tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın
1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə
Rumıniya tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il
Azərbaycan.- 2011.-14 iyun.- S. 1.