Azərbaycan Respublikası
və Yunanıstan Respublikası arasında
2011-ci il aprelin 5-də
Bakı şəhərində
imzalanmış sənədlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası və Yunanıstan Respublikası
arasında 2011-ci il aprelin 5-də Bakı şəhərində
imzalanmış aşağıdakı
sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan
Respublikası Hökuməti
və Yunanıstan Respublikası Hökuməti
arasında ətraf mühitin mühafizəsi
sahəsində əməkdaşlığa
dair Saziş;
1.2. Azərbaycan Respublikası
Hökuməti və Yunanıstan Respublikası
Hökuməti arasında
2011-2012-2013-cü illər üçün
elm, təhsil və mədəniyyət sahələrində
əməkdaşlığa dair Proqram.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmanın 1.1-1.2-ci bəndlərində göstərilən
sənədlərin həyata
keçirilməsi üçün
zəruri tədbirlər
görsün.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu fərmanın 1.1-1.2-ci bəndlərində
göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Yunanıstan Respublikası
Hökumətini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyun 2011-ci il
Azərbaycan.- 2011.- 14 iyun.- S. 1.