2011-ci il aprelin 8-də Bakı
şəhərində imzalanmış "Azərbaycan
Respublikası Hökuməti və Bolqarıstan Respublikası
Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa
dair Saziş"in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 2011-ci il aprelin 8-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikası Hökuməti və Bolqarıstan Respublikası
Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa
dair Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu
fərmanın 1-ci hissəsində göstərilən
Sazişin müddəalarının həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə
Bolqarıstan Respublikası Hökumətini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il
Azərbaycan.- 2011.- 14 iyun.-
S. 1.