Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına 2 nömrəli Əlavə - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğlərində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 555; 2003-cü il, ¹ 3, maddə 153, ¹ 10, maddə 570; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 4, maddələr 301, 307, ¹ 8, maddə 721, ¹ 10, maddə 919, ¹ 12, maddələr 1104, 1117; 2006-cı il, ¹ 7, maddə 591, ¹ 9, maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007-ci il, ¹ 6, maddə 618, ¹ 8, maddələr 759, 765, ¹ 10, maddə 943, ¹ 11, maddələr 1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718, ¹ 9, maddə 799, ¹ 11, maddə 969, ¹ 12, maddə 1059; 2009-cu il, ¹ 2, maddə 64, ¹ 3, maddə 163, ¹ 8, maddələr 619, 621, ¹ 10, maddə 785, ¹ 11, maddə 884; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddə 180, ¹ 9, maddə 776, ¹ 12, maddə 1061; 2011-ci il, ¹ 2, maddə 85, ¹ 4, maddə 288) 2 nömrəli Əlavə - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 13-cü hissəsinin “Lisenziya verən icra hakimiyyəti orqanı” sütununda “Nəqliyyat Nazirliyi” sözləri “Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 1.