Müstəqilliyi möhkəmləndirən
mütərəqqi inkişaf strategiyası
Tarix sübut edir ki, müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti üzərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Belə taleyüklü mərhələlərdə bir həqiqət də təsdiqini tapmışdır ki, hər bir dövlətin üzləşdiyi təhdidlərə qarşı əzmkar müqavimət göstərməsi, ilk növbədə, ona rəhbərlik edən siyasi liderin şəxsiyyətindən, idarəçilik səriştəsindən və qətiyyətindən asılıdır.
Bu ilin oktyabrında müstəqilliyinin bərpasının iyirminci ildönümünü təntənəli surətdə qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasının ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi böyük sarsıntı və çətinliklər milli dövlətçilikdə lider amilinin müstəsna rolunu bir daha təsdiqləyir. Müstəqil Azərbaycanı iqtisadi sahədə sürətlə inkişaf edən və qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyən dövlətə çevirən möhtərəm Prezident İlham Əliyevin 2011-ci il yanvarın 21-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda da bu reallıq önə çəkilir, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyin qurtuluşu yolundakı tarixi xidmətləri xüsusi vurğulanır. 1993-cü ildə ulu öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın xaos və anarxiyadan qurtularaq davamlı inkişaf yoluna qədəm qoyduğu xüsusi vurğulanır: "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".
Hərtərəfli
inkişafın uğurlu təməli
Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı təminat yaratmaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi bu taleyüklu mərhələni məhz qətiyyətli və müdrik lideri Heydər Əliyevin rəhbərliyi altında geridə qoymuş, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirmişdir.
Ümummilli lider özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürmüş və onun həyata keçirilməsini mərhələlərlə təmin etmişdir.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin davamlı intibaha xidmət edən milli inkişaf modelinin prioritet istiqamətləri sırasında:
1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmini mühüm yer tutmuşdur.
Ulu öndər Heydər Əliyev böyük müdrikliklə bildirmişdir ki, bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Ümummilli lider sosializm dövrünün populizmə əsaslanan "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizindən, formal səciyyə daşıyan "sosial bərabərlik" şüarından fərqli olaraq Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin qorunması yolu ilə yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi üçün sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə bərqərar olmasına çalışmışdır. Bu model məhz cəmiyyətdə sosial ədalət prinsipinin qorunmasına xidmət etmişdir.
İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi xırda çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.
Özəlləşdirmə prosesi ilə paralel respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir.
Yeni neft strategiyası - davamlı inkişafa təminat
20 illik müstəqillik
yolunun mühüm göstəricilərindən biri də
xalqın təbii sərvətləri üzərində yiyəlik
hüququ qazanması və davamlı inkişafı naminə
məqsədyönlü şəkildə istifadə etməsidir.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev
müdrik siyasətçi kimi yaxşı bilirdi ki, Azərbaycanın
dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi
inkişafı heç də sırf təbii sərvətlərin
zənginliyinə söykənmir. Dünya təcrübəsində
iqtisadiyyatın yalnız neft amili üzərində
qurulması və neft gəlirlərinə güvənlik nəticəsində
iqtisadi sistemi iflic edən "
İqtisadi problemlər məngənəsində
sıxılan Azərbaycanın məhdud maliyyə
imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin,
bu əvəzsiz təbii sərvətin dünya bazarlarına
çıxarılmasının
qeyri-mümkünlüyünü düzgün qiymətləndirən
Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri
ilə milli maraqlara söykənən əməkdaşlığın
qurulmasında görürdü. 1994-cü ilin aprelində
diplomatiya sahəsində zəngin bilikləri olan, biznes
mühitinin incəliklərini dərindən mənimsəyən
cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə
vitse-prezidenti təyin edilməsi də ulu öndərin Qərb
şirkətləri ilə aparılacaq danışıqlara
necə böyük əhəmiyyət verməsinin əyani
göstəricisi idi. Səlahiyyətlərinin icrasına
inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini
əks etdirən yeni neft strategiyasının
hazırlanması prosesində ulu öndərin ən
etibarlı, işgüzar və bacarıqlı köməkçisinə
çevrildi. Onun üzərinə bütün mövcud
çətinliklərin öhdəsindən gəlmək, neft
müqavilələrində Azərbaycanın milli mənafelərinin
maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi
missiya düşürdü. Bu vəzifəyə təyinatından
cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin
hazırlanması məqsədilə əvvəl Türkiyəyə,
daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola
düşən cənab İlham Əliyev diplomatik
bacarığını yüksək səviyyədə
nümayiş etdirərək Qərb şirkətlərində
inam və etimad formalaşdırmağa nail oldu. Bu hadisə
bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən
çətin, mürəkkəb situasiyalarda belə ölkənin
milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir.
Beləliklə, Azərbaycan
rəhbərliyi həmin illərdə nüfuzlu Qərb
şirkətləri ilə aparılan
danışıqların uğurlu məntiqi sonluqla yekunlaşmasına
nail oldu. 1994-cü ilin 20 sentyabrında Bakıda
dünyanın 11 transmilli neft şirkətinin iştirakı
ilə çağdaş tariximizə "Əsrin müqaviləsi"
adı ilə düşmüş qlobal neft müqaviləsinin
təntənəli imzalanma mərasimi keçirildi. Bununla da
Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri
ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər
dənizində beynəlxalq əməkdaşlığın
bünövrəsini qoydu. Xəzərin Azərbaycan sektorunda
yerləşən "Azəri", "Çıraq",
Günəşli" yataqlarının birgə mənimsənilməsini
nəzərdə tutan bu sazişin reallaşması təkcə
respublikamız üçün deyil, Qərbin bir sıra
aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və
Orta Asiya regionu üçün strateji əhəmiyyət
daşıyırdı.
Regionda beynəlxalq əməkdaşlığın
təməlini qoymuş bu qlobal enerji müqaviləsi eyni zamanda
Azərbaycanın müstəqil dövlət olaraq öz təbii
sərvətlərinə sahib çıxmaq, milli mənafelərini,
iqtisadi və strateji maraqlarını sonadək müdafiə
etmək əzmində olduğunu təsdiqlədi. Regionda digər
qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi
anlamında da müsbət presedent yarandı, Azərbaycanın
Qərb dövlətləri ilə münasibətləri
strateji müstəvidə inkişaf etməyə
başladı. Azərbaycanın keçdiyi yol və
bugünkü uğurları yeni neft strategiyasının milli
müstəqilliyin möhkəmləndirilməsindəki
müstəsna rolunu bir daha təsdiqləyir.
Sahibkarlıq fəaliyyəti üçün mükəmməl
qanunvericilik sistemi
Bazar iqtisadiyyatı yolunu
seçmiş dövlətin müstəqil yaşaması və
inkişafı prosesində orta təbəqənin - iqtisadi
inkişaf və sabitliyin təminatçısı sayılan
sahibkarlar sinfinin rolu müstəsnadır. Bu
reallığı böyük müdrikliklə nəzərə
alan ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf
modelinin reallaşdırılmasında özəl sektorun həlledici
rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin
formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin
güclənməsinə çalışırdı. Bunun nəticəsidir
ki, 1995-2003-cü illərdə respublikada
sahibkarlığın inkişafı üçün zəruri
maliyyə təminatı yaradılmış, süni maneələrin
aradan qaldırılması üçün mükəmməl
qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin
bu növü ilə məşğul olanların hərtərəfli
stimullaşdırılması məsələsi diqqət mərkəzində
saxlanılmışdır. Azərbaycan Respublikası
Prezidenti yanında Sahibkarlar Şurasının sədr
müavini kimi deyə bilərəm ki, həmin illərdə
investisiyaların təşviqi üçün respublikada daha
münbit şərait yaratmaq, daxili və xarici sərmayəni
stimullaşdıran səmərəli metodlardan istifadə etmək,
xarici kapital qoyuluşunun başlıca istiqamətini
regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək,
habelə maddiləşən işgüzar fəallığı
gücləndirmək üçün kompleks tədbirlər
həyata keçirilmişdir.
1997-ci ildə qəbul
edilmiş "Azərbaycan Respublikasında kiçik və
orta sahibkarlığın inkişafı (1997-2000-ci illər)
Dövlət Proqramı" əhəmiyyətinə,
aktuallığına və miqyasına görə milli sahibkarlığın
inkişafında yeni mərhələnin
başlanğıcı olmuş, bu sahədə dövlət
siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.
Dövlət Proqramında ilk dəfə olaraq milli
sahibkarlığın stimullaşdırılması və
onun maliyyə təminatı mexanizmlərinin
formalaşdırılması, daxili bazarın qorunması yolu
ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi,
qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin
artırılması ilə bağlı kompleks tədbirlər
planı öz əksini tapmışdır. Dövlət
Proqramı çərçivəsində həyata
keçirilmiş tədbirlər nəticəsində
sahibkarlıq subyektlərində əsassız yoxlamaların
aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə
əngəl yaradan problemlərin aradan qaldırılması
yolları göstərilmişdir.
Kiçik və orta
sahibkarlıq subyektlərinin normal fəaliyyəti
üçün sonrakı mərhələdə "Azərbaycan
Respublikasında kiçik sahibkarlığa dövlət
köməyi haqqında" Azərbaycan Respublikasının
Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr
edilmiş, habelə "Haqsız rəqabət
haqqında", "İnvestisiyaların qorunması
haqqında", "İstehlak bazarı haqqında" və
digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və
xarici sahibkarların təhlükəsiz və xüsusi
risklilik tələb etməyən biznes fəaliyyətinə
dövlət tərəfindən verilən hüquqi təminatı
daha da gücləndirmiş, investisiyaların
qarşılıqlı təşviqinə və
qorunmasına əsaslı zəmin
formalaşdırmışdır.
Ümummilli lider Heydər Əliyevin
17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında kiçik və
orta sahibkarlığın inkişafı (2002-2005-ci illər)
Dövlət Proqramı" özəl sektorun
inkişafını stimullaşdıran tədbirlərin
davamı kimi mühüm əhəmiyyət kəsb etmiş,
dövrün bir sıra reallıqları ilə şərtlənmişdir.
Ulu öndər dövlət-sahibkar münasibətlərinin
institusionallaşdırılmasını da Azərbaycanda
sahibkarlığın davamlı inkişafının təmin
edilməsi baxımından son dərəcə vacib
saymışdır. Bu baxımdan yaradılmış mexanizmlər
dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə
inkişafında əhəmiyyətli rol oynamışdır.
Şuranın əsas məqsədi Azərbaycanda
sahibkarlığın inkişafına nail olmaq,
sahibkarların dövlət başçısının
yürütdüyü siyasətin həyata keçirilməsində
səmərəli, fəal iştirakını istiqamətləndirmək,
bu yolda mövcud olan problemləri araşdırmaq və
onların həlli üçün təkliflər verməkdir.
Belə bir qurumun yaradılması həm də ölkədə
vətəndaş cəmiyyəti quruculuğu prosesinə
böyük töhfə olmuşdur.
Ümummilli lider Heydər Əliyevin
10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafına dövlət
qayğısı haqqında" və 28 sentyabr 2002-ci il
tarixli "Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması
haqqında" fərmanlarında dövlət qurumları ilə
sahibkarlıq subyektləri arasında dərin kök
salmış və həllini gözləyən bir sıra
ciddi problemlər tam açıqlığı ilə
göstərilmiş, onların qarşısının
alınması üçün kompleks islahatlar
aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi
kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün
həyati əhəmiyyətli sahələrində dinamik
inkişaf və tərəqqi təmin edilmiş, milli
sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda
özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.
Müstəqil siyasətin uğurlu davamı
Dünya şöhrətli
ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin
xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi
müdrik və uzaqgörən siyasəti XXI əsrin
başlanğıcında layiqincə davam etdirən Prezident
İlham Əliyev Azərbaycanın müstəqil dövlət
kimi bölgədə və dünyada layiqli yerini
tapmasını, regional liderliyini təmin etmişdir.
Davamlı inkişaf, tərəqqi və yüksəliş
prosesi bu gün müstəqil Azərbaycanın siyasi
simasını müəyyən edir. Sürətli intibah
yolunda olan, qarşıya qoyduğu hədəflərə
inamla yetişən, bütün sahələrdə yeniləşən
respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə
möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin
həllinə nail olur, hətta ümumregion əhəmiyyətli
qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir.
2003-cü ilin 31
oktyabrında keçirilmiş andiçmə mərasimində
"Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün, ən başlıcası,
ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.
Bu gün yüksək kürsüdən
çıxış edərkən mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq
qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!"
- deyən dövlət başçısı ötən
müddətdə verdiyi bütün vədlərə sadiqlik
nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında
kardinal dəyişikliklərlə müşayiət olunan
iqtisadi islahatların müəllifinə çevrilmişdir.
Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın
xarici sərmayələr üçün cəlbediciliyinin
qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına
yönələn sərmayələrin qeyri-neft sektoruna,
regionların inkişafına doğru istiqamətləndirilməsi,
"qara qızıl"dan əldə olunan gəlirlərin
respublikada güclü insan kapitalının
formalaşdırılması məqsədinə yönəldilməsi
iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir.
Müstəqilliyin Azərbaycana
nə verdiyini ölkəmizin ötən illərdə əldə
etdiyi sosial-iqtisadi uğurlar bir daha təsdiqləyir. Bu gün
regionda ikinci elə bir dövlət tapmaq çətindir ki,
ümumi daxili məhsulun artım tempinə görə
dünyada öncül mövqeyini qoruyub saxlasın, qısa
müddətdə dövlət büdcəsinin vəsaitlərini
12 dəfədən çox artırsın. Azərbaycan qlobal
böhranın hökm sürdüyü son 3 ildə strateji
valyuta ehtiyatlarını 27,2 milyard artırmışdır.
Ölkənin gəlirlərinin sürətli inkişafı
ilə əlaqədar bir müddət əvvəl Milli Məclisdə
dövlət büdcəsinə yenidən baxılmış,
ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi
20 milyard ABŞ dollarını ötmüşdür.
28 May Respublika Günü
münasibətilə keçirilən rəsmi qəbulda
möhtərəm Prezident İlham Əliyev bununla
bağlı demişdir: "Bu il büdcəmizə edilən
əlavələr, yəni dürüstləşmə nəticəsində
tarixdə ilk dəfə Azərbaycan büdcəsi 20 milyard
dollardan çox olacaqdır. Bu, böyük nailiyyətdir,
böyük göstəricidir. Nəzərə alsaq ki,
2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard
dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8
il ərzində bu istiqamətdə böyük işlər
görülmüşdür. Büdcəmizin artımı bizə
imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri
icra edilsin, həm də sosial məsələlər öz həllini
tapsın. Son illər ərzində maaşlar və pensiyalar
bir neçə dəfə artırılmışdır. Bu
gün pensiyaların orta həcmi əməkhaqqının
orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir
ki, Azərbaycan özünü dünyaya sosial dövlət
kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir".
Sahibkarlığa qayğı iqtisadi siyasətin prioritet
istiqamətidir
Prezident İlham Əliyev
ölkədə özəl sektorun dinamik inkişafına təkcə
sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də
demokratikləşmə prosesinin
ardıcıllığını, vətəndaş hüquq
və azadlıqlarının etibarlı şəkildə
qorunmasını təmin edən başlıca vasitələrdən
biri kimi yanaşır. Çünki özəl sektorun
inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşlarımızın
sayının artması dünyanın butun demokratik ölkələrində
olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik
və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici
qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin
əhatəsini genişləndirir.
Prezident İlham Əliyevin
ötən müddətdə sahibkarlığın
inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər
də ardıcıllığı, səmərəliliyi və
sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü
il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli
sahibkarlarla görüşən dövlət
başçısı onları narahat edən məsələləri
diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini,
iş adamlarına gələcəkdə də lazımi
köməyi göstərəcəyini bəyan etmişdir.
Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara
süni maneələrin yaradılması, bəzi icra
strukturlarının, dövlət qurumlarının,
hüquq-mühafizə orqanlarının iş
adamlarının fəaliyyətinə müdaxiləsi
hallarını pisləmiş, bu münasibət konkret qərarlarla
müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin
gücləndirilməsi, inflyasiyanın
qarşısının alınması üçün əsaslı
tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi,
yerlərlə regional iqtisad məhkəmələrinin
yaradılması və s. kimi tədbirlər də bunun əyani
təcəssümüdür. Dövlət
başçısı iqtisadiyyatın
liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən
azad olunması, özəl sektorun dəstəklənməsi,
sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində
ciddi addımlar atmış, verdiyi bütün vədlərə
sadiqlik nümayiş etdirmişdir.
Cənab İlham Əliyevin
ötən illərdə imzaladığı Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı, Korrupsiyaya
qarşı mübarizə üzrə Dövlət
Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya
qarşı mübarizə haqqında",
"Sahibkarlığa dövlət maliyyə dəstəyinin
göstərilməsi sahəsində əlavə tədbirlər
haqqında", "Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi
qaydalarının təkmilləşdirilməsi
haqqında", "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan
Respublikasında azad iqtisadi zonaların yaradılması
haqqında", "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında" və s. fərman və sərəncamlar,
qanunlar, dövlət proqramları sahibkarlığın
inkişafına təkan vermiş, qeyri-neft sektorunun
inkişafını stimullaşdırmışdır.
Prezident İlham Əliyevin
30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan
Respublikasında sahibkarlığın inkişafı ilə
bağlı bəzi tədbirlər haqqında" fərman
respublikamızda sahibkarlığın inkişafına mane
olan süni maneələrin aradan qaldırılması tədbirlərinin
ardıcıl və davamlı səciyyə
daşıdığını bir daha təsdiqləmişdir.
Bu fərmanla indiyə qədər çoxpilləli biznesə
başlamaq sahəsində mövcud problemlər həllini
tapmış, o cümlədən süründürməçilik
halları, bürokratik əngəllər aradan
qaldırılmışdır. Sərəncam əsasında
vahid kodlaşdırmanın aparılması, biznes
strukturlarının "bir pəncərə" - vahid
qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri
əksini tapmışdır. Prezident İlham Əliyevin yeni
dövrün tələbləri ilə tam səsləşən
bu fərmanı sahibkarlar tərəfindən dəstəklənərək
böyük rəğbətlə
qarşılanmışdır.
Dövlət
başçısı İlham Əliyev 28 May Respublika
Günü münasibətilə keçirilən rəsmi qəbulda
sahibkarlığın inkişafına xidmət edən tədbirlərin
davam etdiriləcəyini bir daha vurğulamışdır:
"...Ölkə iqtisadiyyatına xaricdən və yerli
sahibkarlar tərəfindən qoyulan investisiyaların həcmi
artır. Azərbaycan investisiyaların cəlb edilməsi
istiqamətində çox böyük addımlar
atmışdır. Adambaşına düşən xarici sərmayələrin
həcminə görə həmişə olduğu kimi, biz
MDB məkanında qabaqcıl yerlərdəyik. Çox
sevindirici haldır ki, son bir neçə il ərzində
daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu
onu göstərir ki, həm dövlət xətti ilə qoyulan
sərmayə səmərəsini verir, həm də özəl
sektor güclənib və ölkə iqtisadiyyatına sərmayə
qoyur".
Bir məqamı da xüsusi
vurğulamaq lazımdır ki, son aylarda Prezident İlham Əliyevin
siyasi iradəsi ilə ölkədə korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin
daha da gücləndirilməsi, şəffaflığın
bütün sahələrdə təmin edilməsi sahibkarlar tərəfindən
də rəğbətlə qarşılanır, dəstəklənir.
Regional inkişaf proqramlarının uğurlu nəticələri
Azərbaycanın müstəqilliyinin
ən böyük uğurlarından biri də respublikanın
bütün bölgələrində böyük abadlıq,
quruculuq işlərinin aparılması, sovet dövründən
qalma yararsız infrastrukturun müasirləşdirilməsidir.
Regionlarda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirilən davamlı və sistemli tədbirlər də
bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Nazirlər Kabinetinin 2011-ci
ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında dövlət
başçısı İlham Əliyev qeyri-neft sektorunun
inkişafının, enerji resurslarından
asılılığın azaldılmasının hökumət
qarşısında prioritet vəzifələrdən biri
olduğunu bir daha vurğulamış, bununla bağlı
müvafiq tapşırıq və göstərişlərini
vermişdir. Hesabat dövrünün mühüm
uğurlarından biri də qeyri-neft sektorunun 5,6 faiz
artması, regional inkişaf tədbirlərinin keyfiyyətcə
yeni mərhələdə yeni dinamizmlə davam etdirilməsidir.
Bu sektorda iqtisadi fəallığın artması və
iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin
real nəticəsi kimi daxilolmaların həcmi 2010-cu ilin
müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi
daxilolmalarının xüsusi çəkisi isə 3,5 faiz
artaraq 67,6 faizdən 71,1 faizə çatmışdır.
2011-ci ilin dövlət
büdcəsində bölgələrin maliyyələşdirilməsi
üçün nəzərdə tutulan vəsaitlərin
artması da regional inkişaf tədbirlərinin mühüm tərkib
hissəsidir. Regionların inkişafına xidmət edən
kompleks tədbirlərin davamlı səciyyə
daşıması isə tamamilə təbiidir: inkişaf
etmiş dövlətlərin də təcrübəsi
sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq
üçün regional inkişafda tarazlılığın,
tarixi məşğulluq ənənələrinin
saxlanılması vacib şərtlərdəndir. Dövlət
başçısı İlham Əliyevin son 8 illik iqtisadi
siyasətində regional inkişaf məsələlərinə
xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə
yönəlmiş dövlət proqramlarının, fərman
və sərəncamların imzalanması məhz bu
reallığa əsaslanır. Regionların inkişafına
2004-cü ildən etibarən bütün maliyyə mənbələri
hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə
3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş,
bunun sayəsində yüzlərlə əhəmiyyətli
layihə icra olunmuşdur.
Regional inkişaf tədbirlərinin
nəticəsi olaraq bu gün Azərbaycanın ən
böyük sənaye mərkəzlərindən olan
Sumqayıt şəhəri də dinamik inkişaf edir,
müasirləşir. Cənab İlham Əliyevin ötən
illərdə bir neçə dəfə Sumqayıtda
olması, şəhərin problemləri, qayğıları,
nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və
sənaye potensialının inkişaf etdirilməsi ilə
bağlı dəyərli tövsiyələrini verməsi
şəhərə yüksək diqqətin bariz təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin 24 aprel 2009-cu il tarixli
sərəncamı ilə Sumqayıt şəhərinin 60
illik yubileyi dövlət səviyyəsində geniş qeyd
edilmişdir. Belə bir sərəncamın imzalanması
Sumqayıta göstərilən yüksək diqqət və
qayğının tərkib hissəsi olmaqla şəhər
sakinləri tərəfindən də razılıqla
qarşılanmışdır.
Möhtərəm Prezident
İlham Əliyev 2011-ci ilin aprelində Sumqayıtın
inkişafı ilə bağlı növbəti müdrik
addımlarını atmış, son aylarda şəhərin
inkişafında keyfiyyətcə yeni mərhələ
başlanmışdır. Həyata keçirilən kompleks tədbirlər
Sumqayıtın həm yaşayış, həm də ərazi-təsərrüfat
kompleksi kimi problemlərinin həllinə, sakinləri narahat edən
çətinliklərin aradan qaldırılmasına xidmət
edir. Təqdirəlayiq məqamlardan biri də şəhərdə
iş adamlarının problemlərinin, onların fəaliyyətinə
qanunsuz müdaxilə hallarının
araşdırılması və həllinə kömək göstərilməsi
məqsədilə müasir və çevik mexanizmlərin tətbiqidir.
İnanırıq ki,
dövlət başçısının rəhbərliyi
altında həyata keçirilən uğurlu islahatlar nəticəsində
Azərbaycanın hər bir guşəsi kimi, Sumqayıt şəhəri
də daha sürətlə inkişaf edəcək, əvvəlki
sənaye və istehsal potensialının bərpasına nail
olaraq milli iqtisadiyyatın möhkəmlənməsinə
layiqli töhfəsini verəcəkdir.
Ölkədə həyata
keçirilən siyasətin nəticəsi kimi, Azərbaycanın
dövlət müstəqilliyi ötən 20 ildə hər
bir vətəndaş üçün əvəzsiz nemətə,
qürur, fəxarət ünvanına çevrilmişdir. Ötən
əsrin 90-cı illərinin əvvəllərindən fərqli
olaraq bu gün heç kim respublikamızın dövlət
müstəqilliyi ilə bağlı hansısa bədgüman
fikirlərə düşmür, sovet dövrünün
"nostalgiyası" ilə yaşamır. Çünki bu
gün müstəqil Azərbaycan dövlətinin
yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş
mənafeyinin təmin olunmasına, insanların rifah
halının yüksəlməsinə xidmət edir. Müstəqilliyin
bəhrələrini zaman keçdikcə Azərbaycan
insanı öz taleyində, həyatında daha qabarıq hiss
edir. Və həm də ürəkdən inanır ki, Prezident
İlham Əliyev yürütdüyü praqmatik siyasətlə
qarşıda müəyyənləşdirdiyi milli ideyanı
- müstəqil Azərbaycanı müasir və qüdrətli
dövlətə çevirmək məramını da
uğurla gerçəkləşdirəcəkdir.
Qüdrət KƏRİMOV,
"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,
iqtisad elmləri doktoru
Azərbaycan.- 2011.-14 iyun.- S. 3.