AzərTAc MDB və Avropa informasiya agentlikləri arasında özünə layiq yer tutur

 

Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc MDB və Avropa informasiya agentlikləri arasında özünə layiq yer tutur.

AzərTAc xəbər verir ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçirilən V Baş Assambleyasının iştirakçısı, İTAR-TASS agentliyi baş direktorunun müavini Mixail Qusman iyunun 13-də jurnalistlərə müsahibəsində demişdir.

Doğma şəhərinə növbəti gəlişindən şad olduğunu deyən M.Qusman BSANNA-nın Bakı toplantısının çox yüksək səviyyədə və məhsuldar keçəcəyinə inamını ifadə etmişdir.

M.Qusman bildirmişdir ki, AzərTAc-ın işi çox peşəkar səviyyədə qurulmuşdur. Burada yüksək səviyyəli iş gedir. Sevinirəm ki, bu gün AzərTAc dünyanın ən iri informasiya qurumlarında təmsil olunmuşdur. Buna görə də mən bu agentliyin rəhbərinə dərin hörmət bəsləyirəm.

M.Qusman belə yüksək səviyyəli qəbula görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 4.