Fransanın Maliyyə Nazirliyinin
internet səhifəsində Fransa və Azərbaycan şirkətlərinin
gələcək əməkdaşlığına dair
material yerləşdirilmişdir
Fransanın Maliyyə Nazirliyinin internet səhifəsində (www.minefe.gouv. fr/ministere finances/besson/ericbesson econumeriq) "Fransa və Azərbaycan şirkətləri arasında "Telekommunikasiya və rəqəmsal televiziyaya dair ilk "dəyirmi masa" adlı yazı yerləşdirilmişdir.
Yazıda Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Bessonla Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov arasında keçirilmiş görüşdən ətraflı bəhs olunur. Bildirilir ki, bu görüşdə hər iki tərəfdən 15 şirkət iştirak etmiş, ölkələr arasında telekommunikasiya və rəqəmli iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə edilmişdir. Həmçinin, nazirlər Azərbaycanda milli peyk sənayesinin yaradılması, telekommunikasiya üzrə ilk peykin orbitə çıxarılması, milli rəqəmsal televizorların istifadəyə verilməsi innovasiyadan istifadə haqqında da fikirlərini bölüşmüşlər.
"Dəyirmi masa"da Arianespace, Thales, Viaccess, Thomson, Dövlət Adiovizuel İnstitutu kimi sənaye sahələri ilə əməkdaşlığa dair də fikir mübadiləsi aparılmışdır. 2012-ci ilin sonunda Arianespace ölkəmizin "AzərSpaces" telekommunikasiyanın ilk peykinin işə salınması barədə ümumi razılıq əldə edildiyi bildirilir.
Nazirlər innovasiya sahəsində əməkdaşlığa dair razılıq əldə etmək üçün Fransa və Azərbaycan şirkətləri arasında tezliklə işbirliyinin qurulmasının vacibliyini bildirmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2011.-14 iyun.- S. 7.