Min bir çeşnili
xalçalarımız Misir
jurnalında
Azərbaycan xalçaçılıq sənətinin
ərəb dünyasında
daha geniş şəkildə təbliğinə
həsr olunmuş tədbirlər müntəzəm
xarakter almağa başlayıb.
Misir Ərəb
Respublikasının Mədəniyyət
Nazirliyi və Qahirə Opera Evinin birgə orqanı "Əl-xəyal" jurnalının
may-iyun ayları üzrə növbəti sayında Azərbaycanın
gözəllik, incəsənət
və zərif ilmələr paytaxtı olması barədə dərc edilmiş məqalə də məhz həmin sıradandır. Azərbaycanın Misirdəki səfiri
Şahin Abdullayevin qələmindən çıxmış
"Azərbaycan gözəllik,
incəsənət və
zərif ilmələr
paytaxtıdır" sərlövhəli
yazısında tarixi mənbələrə, eləcə
də Avropa səyyahlarının təsvirlərinə
əsasən Azərbaycan
orta əsrlərdə
gözəl və zərif xalçalar istehsal edən mədəni mərkəzlərdən
biri kimi təqdim edilir.
Min bir çalarlı, əlvan, rəngarəng, bir-birini təkrar etməyən çeşnili xalçaların
şəkillərinin də
həmin məqalədə
özünə yer alması Azərbaycanın
Quba, Şirvan, Bakı, Qarabağ, Qazax xalçaçılıq
məktəblərinin xarakterik
xüsusiyyətləri haqqında
misirli oxucularda dolğun təsəvvür
yaradır.
M.NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-14 iyun.- S. 10.