AMEA-da "Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən (XX əsrin 30-cu illəri)" kitabının təqdimatı olmuşdur

 

İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) filologiya elmləri doktoru, professor, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin tərtibçisi elmi redaktoru olduğu "Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən (XX əsrin 30-cu illəri)" kitabının təqdimatı keçirilmişdir.

MEK-in AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə institutun direktoru akademik Bəkir Nəbiyev ötən əsrin əvvəllərində Polşada mühacirət nəşriyyatlarında dərc olunan Azərbaycan siyasi mühacirət nümayəndələrinin elmi ictimaiyyətə məlum olmayan publisistik tarixi-ədəbi irsinin nümunələri toplanan kitabın məziyyətlərindən, ictimai-siyasi əhəmiyyətindən danışmışdır. Akademiyanın əməkdaşlarının mühacir ədəbiyyatı nümunələrini toplamaq üçün bir çox xarici ölkələrə ezam olunduqlarını diqqətə çatdıran B.Nəbiyev təqdim olunan kitabın bu sahədə ədəbiyyatşünaslığımıza dəyərli töhfə olduğunu vurğulamışdır.

AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli kitab haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, professor V.Quliyev kitabı tərtib etməklə yanaşı, ön söz buradakı 550 məqaləyə şərh yazmışdır. Topluya ölkəmizin Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov rəy vermiş, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Asif Rüstəmli geniş sözardı yazmışdır. Üç bölmədən ibarət kitab V.Quliyevin "Söz fikir mübarizləri" məqaləsi ilə açılır.

Əsərdə XX əsrin 30-cu illərində Polşada əsasən rus dilində nəşr edilən "Şimali Qafqaziya" "Qafqaziya dağlıları" jurnallarında Azərbaycanın görkəmli siyasi mühacirlərinin çap olunan məqalələri, o cümlədən Məmməd Əmin Rəsulzadə, Miryaqub Mirmehdiyev, Mirzə Bala Məhəmmədzadə, Əli Azərtəkin, İsrafil bəy İsrafilbəyov, Cahangir bəy Kazımbəyov, Nağı Bayramlı gizli imza ilə yazan digər müəlliflərin əsərləri yer almışdır.

Bildirilmişdir ki, son illər Azərbaycan mühacirət ədəbiyyatı qaynaqlarının ciddi araşdırılmasına, sanballı monoqrafik işlərin işıq üzü görməsinə baxmayaraq, yeni toplunun fərqli üstün cəhətləri vardır. Belə ki, burada əksini tapan ədəbi-tarixi, siyasi-publisistik materiallar tədqiqatlardan kənarda qalmış, bu mənbələrə istinad edilməmişdir. Cümhuriyyət dövrünün hərbi, ictimai-siyasi mənzərəsini özündə əks etdirən, tariximizin qaranlıq naməlum məqamlarına işıq salan, zəngin faktları ilə yüksək elmi dəyərlərə malik mətnlər, materiallar bu nəşrdə üstünlük təşkil edir.

Professorlar Qəzənfər Kazımov, Nazif Qəhrəmanlı, AMEA Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov digər çıxış edənlər V.Quliyevin elmi yaradıcılığını, xüsusilə "Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən" əsərini yüksək qiymətləndirmiş, müəllifə yeni uğurlar arzulamışlar. Bildirmişlər ki, bu nəşr Azərbaycan mühacirət ədəbiyyatının daha dərindən araşdırılması, öyrənilməsi istiqamətində tarixçilər, ədəbiyyatşünaslar, tədqiqatçılar jurnalistlər üçün əvəzsiz mənbədir.

Professor V.Quliyev Macarıstanın paytaxtından virtual bağlantıya qoşularaq yüksək hörmət ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirmişdir.

Tədbir çərçivəsində V.Quliyevin əsərlərindən ibarət sərgi keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 11.