Dövlət Miqrasiya Xidmətində Milli Qurtuluş Günü qeyd olunmuşdur

 

İyunun 14-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov 1993-cü ildə Azərbaycanın parçalanma məhv olma təhlükəsi ilə üz-üzə qaldığını xatırlamış, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada hökm sürən özbaşınalığa son qoyulduğunu, gələcək inkişafın bünövrəsini təşkil edən sabitliyin bərqərar edildiyini, ölkəni bürümüş ağır böhran vəziyyətinin aradan qaldırıldığını paralel olaraq yeni dövrün tələblərinə uyğun köklü islahatların həyata keçirildiyini bildirmişdir. Xidmət rəisi demişdir ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı tarixin ən qanlı burulğanından çıxarmış, siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etmişdir. A.Rəhimov ulu öndərin bu şanlı tarixi missiyanı son dərəcə çətin, mürəkkəb ziddiyyətli siyasi şəraitdə yerinə yetirdiyini, müdrik siyasətçinin qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdığını xüsusi vurğulamışdır.

Çıxışının sonunda A.Rəhimov bütün sahələrdə olduğu kimi, son illər miqrasiya sahəsində əldə edilən nailiyyətlərin məhz 15 iyun 1993-cü ildə öz dahiliyini bir daha tarixin sınağına çıxarmış ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti Prezident İlham Əliyevin davamlı fəaliyyəti nəticəsində mümkün olduğunu qürur hissi ilə qeyd etmişdir.

Tədbirin sonunda Xidmət əməkdaşlarına yeni xidməti vəsiqələr təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 13.