Avropa İttifaqı Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq etmişdir

 

Avropa İttifaqı Avropa Parlamentində keçiriləcək dinləmələr ərəfəsində Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq etmişdir. Avropa Parlamentinin rəsmi http://www.europarl.europa.eu/en/headlines/content/20110610STO21204/html/Nagorno-Karabakh-an-unresolved-conflict-in-South-Caucasus saytında yer almış bəyanatda deyilir: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir".

Bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilir: "Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir".

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 1.