Azərbaycan Diplomatik Akademiyası cənubi amerikalı diplomatlar üçün təlimə başlamışdır

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) ilk dəfə olaraq Cənubi Amerika ölkələrinin diplomatları üçün "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" adlı kursa başlamışdır.

ADA-dan AzərTAc-a bildirmişlər ki, təlimlərin ilk günündə dinləyicilərlə görüşən xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev bildirmişdir ki, Azərbaycan Cənubi Amerika ölkələri ilə əməkdaşlığa böyük önəm verir. O, ADA-nın yalnız peşəkar diplomatlar üçün deyil, bakalavr magistr pillələrində təhsil almaq istəyən latın amerikalı tələbələr üçün imkanlar təqdim etdiyini demişdir.

ADA-nın icraçı dekanı Fariz İsmayılzadə Xarici Siyasət Proqramının direktoru Aygün Hacıyeva akademiya kurs barədə ətraflı məlumat vermişlər.

Azərbaycanda olduqları 10 gün ərzində xarici diplomatlar Xəzər dənizi regionunun tarixi mədəni irsi, onun statusu, geosiyasəti, neft sənayesi, iqtisadiyyatı investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləyəcəklər. Eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı xüsusi müzakirələr keçiriləcəkdir.

Diplomatlar Azərbaycanda akkreditə olunmuş bir neçə səfirlə görüşəcək, Qubaya, Qobustana Səngəçal neft terminalına səfər edəcək, ölkənin milli-mədəni sərvəti ilə tanış olacaqlar.

Təlimə Venesuela, Nikaraqua, Honduras, Boliviya, Kolumbiya, Ekvador, Yamayka, Dominikan Respublikasından olmaqla, ümumilikdə 14 cənubi amerikalı diplomat qatılmışdır.

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 4.