Milli Məclisin komitələrinin birgə iclasları keçirilib

 

Milli Məclisin İqtisadi siyasət Sosial siyasət komitələrinin iyunun 17-də keçirilən birgə iclasında "İcbari sığortalar haqqında" qanun layihəsi (üçüncü oxunuş) müzakirə olunmuşdur. İclası aparan İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdi ki, Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır. Bunun nəticəsində sığorta bazarı da inkişaf edir. Sığorta sisteminin inkişafı ilə bağlı bir sıra qanunlar qəbul edilmişdir. Dövlət başçısının imzası ilə parlamentə təqdim olunmuş "İcbari sığortalar haqqında" qanun layihəsi konkret olaraq sığorta bazarının inkişafı ilə bağlıdır. Komitə sədri bu qanun layihəsinin Milli Məclisin plenar iclaslarında birinci ikinci oxunuşlarda müzakirə edildiyini deputatlar tərəfindən irəli sürülən təkliflərin əksəriyyətinin layihədə öz əksini tapdığını, ikinci oxunuş müzakirədən sonra layihənin üçüncü oxunuşa hazırlanması üçün işçi qrup yaradıldığını bildirdi.

İqtisadi siyasət komitəsi sədrinin müavini, işçi qrupunun rəhbəri Çingiz Əsədullayev Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov qanun layihəsinin ikinci oxunuşda müzakirəsindən sonra görülmüş işlər barədə danışdılar. Layihənin preambula hissəsinə ayrı-ayrı maddələrə edilən dəyişikliklər barədə deputatlara ətraflı məlumat verildi.

Müzakirələr zamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli tibbi sığortanın da qanun layihəsində öz əksini tapmasını təklif etdi. Deputatlardan İlham Məmmədov, Əhliman Əmiraslanov, Rüfət Quliyev, Vahid Əhmədov, Muxtar Babayev, Əli Məsimli, Rafael Cəbrayılov dəvət olunmuş qonaqlar layihə ilə bağlı fikirlərini bildirdilər. Çıxışlarda qeyd olundu ki, Azərbaycanda sığorta sisteminin təkmilləşdirilməsi ölkənin iqtisadi inkişafı ilə yanaşı, sığorta bazarının da genişlənməsinə müsbət təsir göstərəcək.

Müzakirələrin yekununda qanun layihəsini Milli Məclisin plenar iclasına çıxarmaq tövsiyə olundu.

 

* * *

 

Dünən Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin də birgə iclası keçirilmişdir. Bu iclasda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi (üçüncü oxunuş) müzakirə edilmişdir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, ölkəmizdə iqtisadi qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi istiqamətində indiyədək xeyli iş görülüb. Yeni hazırlanan Gömrük Məcəlləsinin layihəsi Milli Məclisdə birinci və ikinci oxunuşlarda müzakirə olunub. İkinci oxunuşda müzakirələr zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər. Həmin təkliflər nəzərə alınmaqla layihə üçüncü oxunuşa hazırlanıb. Ziyad Səmədzadənin sözlərinə görə, layihə ölkəmizin iqtisadi təhlükəsizliyi ilə bağlı bütün tələblərə cavab verir.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın mövcud Gömrük Məcəlləsinin 1997-ci ildə qəbul edildiyini, respublikamızın ötən dövrdə gömrüklə bağlı beynəlxalq konvensiyalara qoşulduğunu xatırlatdı. Dedi ki, yeni Gömrük Məcəlləsinin layihəsi üzərində işlər hələ 2006-cı ildə başlanılıb. Avropa İttifaqı (Aİ) ilə səmərəli əməkdaşlıq çərçivəsində hazırlanan layihənin ilk dəfə 2006-cı ilin noyabrında təqdimatı olub. Aİ layihənin hazırlanması ilə bağlı maddi dəstək göstərib.

Aİ-nın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycanda qanunvericiliyin Aİ-nın hüquqi sənədlərinə uyğunlaşdırlması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, yeni Gömrük Məcəlləsinin layihəsinin Aİ standartlarına cavab verdiyini bildirdi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihənin şəffaflıq elementlərini özündə birləşdirdiyini və onun hazırlanmasında Aİ ilə əməkdaşlığı yüksək qiymətləndirdi. Komitə sədri digər qanun layihələrinin hazırlanmasında da bu qurumla birgə fəaliyyətin mümkünlüyünü diqqətə çatdırdı.

Müzakirələr zamanı deputatlar yeni Gömrük Məcəlləsinin qəbulunun Azərbaycanın iqtisadi inkişafına yeni töhfələr verəcəyini vurğuladılar. Yekunda layihəni parlamentin plenar iclasının müzakirəsinə çıxarmaq tövsiyə olundu.

İclasda "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə" qanun layihəsinə də (üçüncü oxunuş) baxılaraq Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması qərara alındı.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 3.