Bakıda I Beynəlxalq nəqliyyat konfransı

 

İyunun 17-də Bakı Sərgi Mərkəzində I Beynəlxalq nəqliyyat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Rusiya nəqliyyat nazirliklərinin təmsilçiləri, habelə kommersiya ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

Nəqliyyat Nazirliyi aparatının rəhbəri Cavid Nəcəfov "Azərbaycanın strateji nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən tranzit ölkə kimi artan rolu inkişaf etdirilən nəqliyyat infrastrukturu" mövzusuna həsr edilən tədbiri açaraq müzakirə olunacaq məsələlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, iki bölmə iclasından ibarət olacaq konfransda "Beynəlxalq nəqliyyat dəhlizləri: yeni texnologiyaları tətbiq etməklə idarəetmənin təkmilləşdirilməsi, daşımaların təşkili təhlükəsizliyin təmin edilməsi", "İctimai nəqliyyatın idarə edilməsi yol infrastrukturunda innovasiya texnologiyaları" məsələləri müzakirə olunacaqdır.

Sonra Azərbaycanın Rusiyanın nəqliyyat nazirləri Ziya Məmmədov İqor Levitin sərgi ilə yaxından tanış olmuşlar.

Sərgi ilə tanışlıqdan sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Rusiyanın nəqliyyat naziri İqor Levitin konfransda çıxış edərək ölkəmizin regional nəqliyyat layihələrindəki roluna toxunaraq bildirmişdir ki, Azərbaycan nadir coğrafi məkanda, eyni zamanda, bütün kommunikasiya xətlərinin vacib nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Yükdaşımaları sahəsində əldə olunan nəticələrdən danışan rusiyalı nazir Azərbaycanda nəqliyyat sahəsində görülən işləri təqdir etmiş, intellektual nəqliyyat sisteminin tətbiqinin əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi baxımından əhəmiyyətini vurğulamışdır.

Sonra bölmə iclaslarında müvafiq qurumların nümayəndələrinin nəqliyyat-yol kompleksi üzrə həyata keçirilmiş layihələr perspektivlər, TRASECA - keçmişdən gələcəyə Böyük İpək Yolu, su nəqliyyatı daşımaları limanların inkişafı, dəmir yolu nəqliyyatının perspektiv inkişaf istiqamətləri, beynəlxalq avtomobil daşımalarında yeni təşəbbüslər tendensiyalar, avtomobil yollarında yeni tikinti texnologiyaları, elektron bilet sistemi, metropolitenin beynəlxalq idarəetmə təcrübəsi s. mövzularda məruzələri dinlənilmişdir.

Konfrans X yubiley Beynəlxalq nəqliyyat, tranzit logistika ("TransCaspian"), həmçinin I Xəzər Beynəlxalq yol infrastrukturu ictimai nəqliyyat sərgiləri çərçivəsində keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 4.