Müdafiə Sənayesi Nazirliyində
əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğından mühafizənin vəziyyətinə
həsr edilmiş müşavirə keçirilmişdir
İyunun 17-də Müdafiə Sənayesi Nazirliyində (MSN) nazirliyin birlik və müəssisələrinin baş mühəndislərinin, əməyin mühafizəsi üzrə rəhbər işçilərinin, həmkarlar təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunmuş müşavirə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin vəziyyətinə həsr olunmuşdur.
MSN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirədə ötən ildə və 2011-ci ilin 5 ayında müəssisələrdə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə sahəsində görülmüş işlər barədə hesabatlar dinlənilmiş, problemlər müzakirə edilmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Müşavirənin
sonunda Daimi Fəaliyyət göstərən Komissiyalar tərəfindən
birlik və müəssisələrdə əmək şəraitinin
vəziyyətinin nəzarətdə saxlanılması,
aşkar edilmiş nöqsanların aradan
qaldırılması və əmək şəraitinin daha da
yaxşılaşdırılması üçün
lazımi tədbirlərin görülməsi barədə
müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan.- 2011.-18 iyun.- S.1.