Ombudsmanların Beynəlxalq
konfransında Bakı bəyannaməsi qəbul edilmişdir
İyunun 18-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən keçirilən "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusuna həsr edilmiş ombudsmanların IX Bakı Beynəlxalq konfransı başa çatmışdır. Konfransda Bakı bəyannaməsi qəbul edilmişdir.
Bəyannamədə miqrantların, milli azlıqların, həmçinin qaçqınların və ölkədaxili məcburi köçkünlərin hüquqlarının etibarlı təmini məqsədilə universal, regional və ikitərəfli əməkdaşlığın inkişafı, əməkçilərin beynəlxalq miqrasiyası üçün normal, ədalətli və humanist şərtlərin müəyyən edilməsi, miqrantların və milli azlıqların hüquqlarının səmərəli təmini sahəsində milli qanunvericilik aktlarının qəbulu, mədəni hüquqların səmərəli təminatı və digər problemlərin həlli məsələləri əks olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-19 iyun.- S.1.