"Şuşanın dağları" İtaliyada

 

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması" ictimai birliyinin Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Şuşa musiqi məktəblərinin bir qrup şagirdi İtaliyaya səfər edib.

Şuşalı yeniyetmə ifaçılardan ibarət "Şuşanın dağları" xalq çalğı alətləri ansamblı əvvəlcə Milanda, sonra isə Romada konsert proqramı ilə çıxış edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə hazırlanan proqrama xalq mahnıları, muğamlar Şuşa haqqında nəğmələr, eləcə klassik əsərlər daxil idi. Gənc musiqiçilərin ifasında təqdim olunan nümunələr, o cümlədən "Qarabağ şikəstəsi" Şuşa ilə bağlı mahnılar böyük maraqla qarşılanıb. Tamaşaçılar konsertlə bərabər salonun foyesində Şuşa ilə bağlı fotosərgiyə baxıblar. Burada münaqişə qurbanları olmuş qaçqın məcburi köçkünlərin həyatını əks etdirən fotolar sərgilənib.

 

 

Azərbaycan.- 2011.-19 iyun.- S. 4.