Ərzurumdan xoş xəbər
Bakı Uşaq Teatrı Türkiyənin Ərzurum şəhərində keçirilən beynəlxalq teatr festivalında ölkəmizi layiqincə təmsil edib. Teatrın yaradıcı kollektivi İntiqam Soltanın "Turp" nağılı əsasında hazırladığı "Gücümüz birlikdədir" tamaşasını göstərib.
Ötən il də Uşaq Teatrı bu festivalda iştirak etmişdi. Ərzurumlu tamaşaçılar Bakı Uşaq Teatrının işlərini çox bəyəniblər. Bu səbəbdən də yaradıcı kollektivin ikinci səfəri də rəğbətlə qarşılanıb. Festivalda Bakı Uşaq Teatrının rəhbərliyi ilə razılaşma əldə olunub. Ərzurum Dövlət Teatrının aktyoru Sinan Kaya bu yay Bakıya gələcək. O, Bakı Uşaq Teatrında tamaşa hazırlamaq fikrindədir.
Azərbaycan.- 2011.-19 iyun.- S. 6.