Ana südü ilə qidalandırmanın üstünlüklərinə həsr edilmiş "Həyata ilk addım" filminin təqdimatı olmuşdur

 

İyunun 21-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondunun, BMT-nin Uşaq Fondunun (YUNİSEF) Səhiyyə Nazirliyinin birgə hazırladığı "Həyata ilk addım" filminin ictimaiyyətə təqdimatı olmuşdur.

Film Heydər Əliyev Fondu YUNİSEF tərəfindən həyata keçirilən "Ana südü ilə qidalandırma" kampaniyası çərçivəsində hazırlanmışdır. Kampaniyanın məqsədi hökumətin ictimaiyyətin diqqətini ana südü ilə qidalandırmanın üstünlüklərinə əhəmiyyətinə yönəltməkdir. Tədbirdə bir sıra hökumət qurumlarının nümayəndələri, səhiyyə qidalandırma üzrə mütəxəssislər, KİV əməkdaşları iştirak etmişlər.

YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Hervard kampaniya çərçivəsində aparılan tədqiqatlar barədə məlumat vermişdir. Bildirmişdir ki, körpənin həyatının ilk iki ilində onun ana südü ilə qidalandırılması mövcud profilaktik müdaxilələrlə müqayisədə uşağın sağ qalmasına təsir edən ən güclü amil olaraq, inkişaf etməkdə olan ölkələrdə beş yaşınadək uşaq ölümünü 15 faizdən 12 faizədək nisbətdə azalda bilər. Araşdırmalara əsasən məlum olmuşdur ki, Azərbaycanın kəndlərində qadınların 81 faizi uşaqları ilk gündən ana südü ilə qidalandırır, şəhərdə isə bu göstərici 25 faiz təşkil edir. Ev şəraitində keçirilən doğuşlar zamanı qadınların 84 faizi, xəstəxanada isə onların 63 faizi uşaqları ana südü ilə qidalandırırlar. Bu çox təəccüblü haldır. Çünki xəstəxanada analar bu sahədə daha çox maarifləndirilməlidir. Digər tərəfdən, kənddə yaşayan aztəminatlı, təhsil səviyyəsi aşağı olan qadınlar, şəhərdə yaşayan təminatlı, yüksək təhsilli qadınlardan daha yaxşı körpələrinə dəstək olurlar.

Heydər Əliyev Fondunun şöbə müdiri Fərid Ağamalıyev kampaniya çərçivəsində çəkilən sənədli filmin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, sağlam övlad hər bir ailənin arzusudur. Sağlam övlad xoşbəxt, möhkəm ailə deməkdir. Möhkəm ailə isə icra əsaslara malik cəmiyyət deməkdir. Diqqətinizə təqdim olunan film bir ailənin timsalında ana südü ilə qidalandırmanın qədər önəmli olduğunu göstərməklə yanaşı, mütəxəssis rəyləri ilə bunun elmi-praktiki tədqiqini təqdim edir. İlk baxışdan ailə çərçivəsində görülən qayğı, əslində, bütün cəmiyyətin qayğısıdır. Çünki söhbət sabahımız olan körpələrdən gedir.

Ana südü körpənin qidalandırılmasının ən əlverişli üsulu olduğunu deyən Səhiyyə Nazirliyinin baş pediatoru Nəsib Quliyev bildirmişdir ki, ana südü ilə qidalandırılmayan körpələr ilə müqayisədə ana südü ilə qidalandırılan körpələrin erkən aylarda sağ qalmaq ehtimalı ən azı altı dəfə çoxdur. Ana südü ilə qidalandırıldıqda körpənin ana südünə tələbatı artır, o, daha çox süd qəbul edir. Ana südü ilə qidalandırma körpəni infeksion respirator xəstəliklərdən qoruyur, onların immun sistemini gücləndirir sonrakı dövrlərdə xroniki xəstəliklərdən qorumağa yardım edir.

Milli Məclisin deputatı Musa Quliyev ana südünün üstünlüklərindən danışmış, bu sahədə məlumatlandırma, maarifləndirmənin aparılmasının vacibliyini qeyd etmiş, təqdim olunan filmin bu istiqamətdə mühüm rol oynayacağını diqqətə çatdırmışdır.

Tədbirdə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənubər Əlizadə, ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzənin xanımı Zeyno Baran başqaları mövzu ilə bağlı çıxış etmişlər. Bildirilmişdir ki, körpənin ana südü ilə qidalandırılması əsas insan hüququdur, ona görə erkən dövrdən ana südü ilə qidalandırma hamı üçün, o cümlədən həssas təcrid edilmiş əhali üçün təmin edilməlidir. Ana südü ilə qidalandırma iqtisadi sosial boşluqları aradan qaldırmağa yardım edə bilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-22 iyun.- S.6.