Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur

 

 İyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Xose Manuel Barrozu birgə mətbuat konfransı keçirmişlər.

Prezident İlham Əliyev Xose Manuel Barrozu Azərbaycan Respublikasının Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdirdilər.

Xose Manuel Barrozu Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir", - deyən Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Prezident İlham Əliyev ilə görüşdə "Şərq tərəfdaşlığı" Proqramı, Avropa Qonşuluq siyasəti Azərbaycanda demokratiyanın inkişafı prosesləri ilə bağlı müzakirələrin aparıldığını bildirdi. Azərbaycana sonuncu səfərində ölkəmizdə iqtisadi inkişafın şahidi olduğunu deyən Avropa Komissiyasının sədri Bakıda "Cənub" dəhlizi ilə bağlı imzalanmış Bəyannamənin əhəmiyyətini vurğuladı.

Xose Manuel Barrozu qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatmışdır. Sədr "Eurovision-2011" mahnı müsabiqəsində azərbaycanlı gənc müğənnilərin birinci yeri tutmaları ilə bağlı təbriklərini çatdırdı.

"Avropa İttifaqı ilə Azərbaycan arasında fəal dialoq mövcuddur", - deyən Prezident İlham Əliyev ikitərəfli gündəliyin geniş olduğunu budəfəki görüşdə bir çox məsələlərin müzakirə edildiyini bildirdi. "Biz ölkəmizdə hüquqi siyasi islahatları davam etdiririk. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir", - deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, qaçqın məcburi köçkünlər tezliklə evlərinə qayıtmalıdırlar. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev görüşdə enerji siyasəti məsələlərinə geniş yer ayrıldığını dedi.

Sonra jurnalistlərin sualları cavablandırıldı.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 iyun.- S.1.