Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşü

 

 Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşmüşdür.

Avropa Parlamentinin sədri Yeji Buzek dövlətimizin başçısı İlham Əliyevi səmimiyyətlə qarşıladı.

Prezident İlham Əliyev və Yeji Buzek Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdirdilər.

Dövlətimizin başçısı Avropa Parlamentinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ilə Avropa İttifaqı arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi, "Şərq tərəfdaşlığı" Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Görüşdə həmçinin Assosiativ saziş, Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 iyun.- S.2.