ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun rəsmisi Katrin Boynton Tərtər rayonunda olmuşdur

 

ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun rəsmisi xanım Katrin Boynton Tərtər rayonunda olmuşdur.

AzərTAc xəbər verir ki, K.Boynton əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla görüşmüşdür. Sonra qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi "Azərbaycanın Tərtər regionunda mina qurbanları müharibədən zərər çəkən insanlar üçün Peşə Təlimi Mərkəzinin yaradılması", "Kooperativ təsərrüfat yaratmaqla Tərtər Regional Peşə Təlimi Mərkəzinin genişləndirilməsi" "Əlavə binaların tikilməsi yolu ilə Tərtər Regional Peşə Təlimi Mərkəzinin təkmilləşdirilməsi" layihələrinin icrası vəziyyəti ilə tanış olmuşlar.

Tərtər Regional Peşə Təlimi Mərkəzinin konfrans zalında toplantı keçirilmişdir. BAMF-ın sədri Umud Rəhimoğlu həyata keçirilən layihələr, fondun regionda humanitar missiyası barədə ətraflı məlumat vermişdir.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov BAMF-ın həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışmış, Peşə Təlimi Mərkəzinin gənclərin peşə bacarıqlarının artırılmasında rolunu yüksək qiymətləndirmişdir.

BAMF-ın proqramların inkişafı beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa fondun strategiyası gələcəkdə görəcəyi işlər barədə danışmışdır.

Tədbirdə ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri xanım Ceyms Smit, FİNCA-nın Azərbaycanda ölkə üzrə direktoru Maniş Sane, BAMF-ın sədri U.Rəhimoğlunun məsləhətçisi akademik Urxan Ələkbərov, Amerikanın Beynəlxalq Tədqiqatlar Mübadilələr Şurasının regional layihə koordinatoru Ülviyyə Məmmədova, ANAMA-nın nümayəndəsi Tural Məmmədzadə çıxış edərək Tərtər rayonunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışlar.

Məlumat verilmişdir ki, Peşə Təlim Mərkəzində 2010-cu ildə 64 nəfərə

4 istiqamətdə - xalçaçılıq, kompüter bacarıqlarının inkişaf etdirilməsi, çörəkbişirmə tingçilik peşələri üzrə təlimlər keçilmişdir. Toplantıda təlimləri uğurla başa vuran şəxslərə sertifikatlar verilmişdir.

Sonra qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə yaradılmış Kooperativ Təsərrüfatında, "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası", BAMF-ın İcma Mina Aksiyası Komandası Bank Olmayan "Avrasiya Kredit" MMC-nin ofislərində olmuşlar. Peşə Təlim Mərkəzi çərçivəsində xalçaçılıq təlimi üzrə təlim alan müdavimlərin əl işləri ilə tanışlıq onlarda böyük maraq doğurmuşdur. Amerikalı qonaqlara müdavimlərin əl işlərindən ibarət olan üzərində ABŞ Dövlət Departamentinin loqosu, Azərbaycanın milli xalçaçılıq məktəbinin, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin nümunələri olan xalçalar hədiyyə edilmişdir.

Qeyd edək ki, hazırda Peşə Təlim Mərkəzində BAMF Amerikanın Beynəlxalq Tədqiqatlar Mübadilələr Şurasının Azərbaycan nümayəndəliyi tərəfindən "İcma Məlumat Mərkəzi" adlı birgə layihənin icrasına başlanılmışdır.

 

 

Azərbaycan.- 2011.-23 iyun.- S. 7.