ABŞ Konqresində Azərbaycana dair brifinq keçirilmişdir

 

Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ABŞ Konqresində Ceymstaun Fondunun "Eurasia Daily Monitor" nəşrinin aparıcı tədqiqatçısı Vladimir Sokorun iştirakı ilə konqresmenlərin aparat rəhbərləri hüquq məsləhətçiləri üçün brifinq keçirilmişdir.

V.Sokor Azərbaycanda həyata keçirilən iqtisadi sosial islahatlardan, iri regional enerji nəqliyyat layihələrindən, Avropanın ABŞ-ın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan, habelə beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsindən ətraflı söz açmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun indiki mərhələsinə toxunmuşdur.

Təqdim olunmuş informasiya brifinq iştirakçılarında böyük maraq doğurmuşdur. Sonda V.Sokor suallara cavab vermişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.-23 iyun.- S. 7.