Respublikaçı konqresmen Tod Yanq Azərbaycan
üzrə işçi
qrupuna qoşulmuşdur
ABŞ Konqresində Respublikaçılar Partiyasının təmsilçisi Tod Yanq Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupuna qoşulmuşdur.
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, bununla qrupun üzvlərinin sayı 41 nəfərə çatmışdır.
T.Yanq 2010-cu ildə İndiana ştatından konqresmen seçilmişdir. O, silahlı qüvvələr və büdcə komitələrinin üzvüdür.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.- 2011.-23 iyun.- S. 7.