Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders ilə görüşü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi, siyasi və iqtisadi əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.-24 iyun.- S. 2.