Azərbaycan Prezidenti İlham Əliyevin OMV və RWE şirkətlərinin
idarə heyətlərinin
sədrləri Gerhard Roissi və Yurgen Qrosman ilə görüşü
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Avstriyanın OMV və Almaniyanın RWE şirkətlərinin idarə heyətlərinin sədrləri Gerhard Roissi və Yurgen Qrosman ilə görüşmüşdür.
Görüşdə ölkəmiz ilə OMV və RWE şirkətləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu, Azərbaycan qazının Avropaya nəqli və "Nabukko" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.-24 iyun.- S. 2.