ABŞ Azərbaycan ilə hərbi
əməkdaşlığa üstünlük verir
İyunun 23-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollander ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iki ölkə arasındakı hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan S.Əbiyev bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri qonağın diqqətinə çatdırmışdır.
S.Vollander ABŞ-ın Azərbaycan ilə hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd etmişdir.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə ölkəsinin Azərbaycana təyin etdiyi yeni hərbi attaşesi - polkovnik Daniel Qrillonu müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə təqdim etmişdir.
Azərbaycan.- 2011.-24 iyun.- S.5.