Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri
İyunun 24-də Kazan Kremlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur.
Kazan Kremlinin önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev qarşıladı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edildi.
Görüşün yekunlarına dair birgə bəyanat qəbul olundu.
AzərTAc
Azərbaycan.- 2011.-25 iyun.- S.1.